17 May 2019 01:07
590
İQTİSADİYYAT
A- A+

İşçilər də razılıq edir, sifarişçilər də


"Bakı Tikiş Evi” ASC-nin filiallarından biri İsmayıllı rayonunda fəaliyyət göstərir. Burada ən yüksək səviyyədə məhsul istehsal etməyə imkan verən avadanlıqlar Yaponiya, Çin, Rusiya, Almaniya və Türkiyədən gətirilərək quraşdırılıb. Müəssisənin yaradılması qadınlar arasında məşğulluğun artırılmasına mühüm töhfədir.

Filialın rəhbəri Lətifə Əliyeva bununla bağlı dedi ki, 2013-cü ilin martında qadınlara iş yerinin açılması üçün rayon icra hakimiyyətinə müraciət etdik. Təklifimiz müsbət qarşılandı. Aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldı və tezliklə səmərəsini verdi. Təxminən bir ay sonra İsmayıllı Peşə Tədris Mərkəzində dərzilərin hazırlanmasına başlandı. "Bakı Tikiş Evi” ASC-nin rayona ezam etdiyi mütəxəssis 4 ay işçilərə kurs keçdi. Həmin il avqustun 14-də Prezident İlham Əliyevin iştirakı ilə müəssisənin rəsmi açılışı oldu. Hazırda müəssisədə 40 nəfər çalışır.

Müəssisənin sərgi salonunda istehsal olunan məhsullar nümayiş etdirilir. İnzibati otaqlarda hər cür şərait yaradılmışdır. İşçilər ildə iki dəfə respublikamızın görməli yerlərinə səyahətə çıxa bilirlər. Burada mövsümə uyğun müxtəlif növ, o cümlədən məktəbli geyimləri tikilir.

Filial xeyriyyəçiliklə də məşğuldur. Aztəminatlı ailələrin uşaqlarına hər dərs mövsümündə məktəbli geyim dəstləri hədiyyə olunur. Burada şəhər əhalisi ilə yanaşı, Talıstan, Diyallı, Mican, Quşencə kəndlərinin sakinləri də çalışırlar. Mexanik, yüngül sənaye sahəsində 47 illik təcrübəsi olan Vidadi Rəhmanov və usta Mahı Həmzəyeva söhbət zamanı bildirdilər ki, burada hazırlanan məhsulları sifarişçilər yüksək qiymətləndirirlər.

Ə.XASAYOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video