17 May 2019 01:02
624
Mədəniyyət
A- A+

Özbəkistanın “Mədəniyyət və mərifət” telekanalında Azərbaycan haqqında videoreportaj yayımlanıb


Özbəkistanın "Mədəniyyət və mərifət” telekanalında Azərbaycan haqqında özbək dilində videoreportaj yayımlanıb. AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin ölkəmizə mediaturu təşkil olunub, onlar Bakını və regionlarımızı gəzib, videomateriallar hazırlayıblar.

Telekanalın müxbiri Nazira Boymuradova reportajında Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan haqqında məlumat verir. Jurnalist qeyd edir ki, paytaxt Bakıdakı binalarda da məhz Şərq və Qərb memarlıq ənənələri vəhdət təşkil edir.

Reportajda qeyd olunur ki, Böyük İpək yolu üzərində yerləşdiyindən Azərbaycanda elm, mədəniyyət və incəsənət sürətlə inkişaf edib.

Azərbaycanın coğrafiyası haqqında ətraflı məlumat verən müəllif Bakının mərkəzində çəkilişlər aparıb, özbək və Azərbaycan xalqlarının əbədi dostluğu, tarixi, müştərək mədəniyyəti, bugünkü əlaqələrindən söhbət açıb.

İçəri şəhərin tarixi haqqında danışan jurnalist bu məkanı Özbəkistandakı qədim Xivə şəhərindəki İçan kala ilə müqayisə edir. Bildirilir ki, Qız qalası İçəri şəhərin dəniz tərəfdən qapısıdır. Turistlər İçəri şəhərə adətən buradan və Qoşa qala qapısından daxil olurlar. Hər iki qapıdan qədim şəhərə girərkən sanki əfsanəvi bir məkana düşürsən. Burada hər şey qədimlikdən xəbər verir. Qeyd olunur ki, İçəri şəhərdə və Xivədəki İçan kalada indi də insanlar yaşayırlar. Hər gün hər iki məkanda yüzlərlə turist görmək olar. Jurnalist İçəri şəhəri qədim Səmərqənd və Buxara ilə müqayisə edir.

Reportajda Azərbaycan musiqisi, o cümlədən muğamlarımız haqqında da danışılır.

Jurnalist Şəhidlər xiyabanı haqqında da tamaşaçılara məlumat verir, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda edən oğullar və qızlar haqqında söhbət açır.

Tamaşaçılara Xəzər dənizi, Azərbaycanın iqtisadiyyatı, neft strategiyası barədə də ətraflı məlumat verilir.

Reportajda maraq doğuran məqamlardan biri də odur ki, jurnalist yerli sakinlərlə birgə Azərbaycan mahnıları oxuyub, qutab bişirilməsi prosesində iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video