16 May 2019 19:00
638
DÜNYA
A- A+

Nigeriyada 5 hərbçi həlak oldu, 12 bandit məhv edildi


Nigeriyanın şimal-şərqində "Boko Haram” terrorçularının yolun kənarına basdırdığı minanın partlaması nəticəsində 5 hərbi qulluqçu həlak olmuşdur. Yerli KİV-in xəbərinə görə, bomba Borno əyalətinin Damboa şəhərinin yaxınlığında hərbi qulluqçuların maşın karvanı keçərkən partlamışdır.

Son vaxtlar "Boko Haram” terrorçu təşkilatı tez-tez hərbçilərə hücum edir. Ötən həftə Borno əyalətinin Maqumeri kəndində nəzarət-keçid məntəqəsinə hücum nəticəsində beş hərbçi öldürülmüşdür.

Bu arada Nigeriyanın şimal-qərbində ölkə ordusunun silahlı qruplaşmalara qarşı keçirdiyi əməliyyatlarda bandit dəstələrinin 12 üzvü məhv edilmiş, girov düşmüş 15 nəfər azad olunmuşdur.

Nigeriya hərbi hava qüvvələrinın yanında rabitə departamentinin direktoru İbikunle Daramolanın dediyinə görə, ordu Katsina əyalətinin Sabuva rayonunda və Kaduna əyalətinin Qvari rayonunda hava hücumu və yerüstü əməliyyat keçirmişdir. Əməliyyat zamanı xeyli sayda silah ələ keçirilmişdir.

Regionda çobanlarla fermerlər arasında vaxtaşırı qızğın toqquşma baş verir. Fürsətdən istifadə edən silahlı qruplaşmalar toqquşma zamanı fermerlərə və çobanlara hücum edərək onları girov götürürlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video