16 May 2019 15:13
627
İQTİSADİYYAT
A- A+

Nazir: Fibrooptik şəbəkə infrastrukturunun əhatə dairəsinin genişləndirilməsi əsas məqsədlərdəndir


"Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə bu sektor qarşısında telekomunikasiya infrastrukturunun inkişafı ilə bağlı strateji hədəflər qoyulub. Fibrooptik şəbəkə infrastrukturunun əhatə dairəsinin genləndirilməsi, mobil sektorunda RPE texnologiyaların tətbiqi əsas məqsədlərdən biridir.

AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitindəki çıxışında deyib.

Bu istiqamətdə mühüm işlərin görüldüyünü vurğulayan nazir bildirib: "Hesab edirik ki, bu infrastrukturlar müasir maliyyə xidmətlərinin, internet və mobil bankçılığın inkişafı üçün olduqca vacibdir.

"Strateji Yol Xəritəsinin prioritet istiqamətlərindən biri də rəqəmsal ödənişlərin genişləndirilməsidir. Bu çərçivədə hazırlanmış və qəbul olunmuş Dövlət Proqramının icrasında nazirlik Mərkəzi Bankla sıx əməkdaşlıq edir”, - deyə R.Quluzadə əlavə edib.

Nazir bildirib ki, son illərdə informasiya texnologiyaları sektorunda yeni inkişaf növləri meydana gəlib. Blokçeyn, blok texnologiyaları, süni intellekt, iri məlumatların emalı və digərləri geniş tətbiq olunmağa başlanıb. Bu texnologiyalar, həmçinin müasir fintex texnologiyalarının əsasını təşkil edir. Hazırda blokçeyn texnologiyaları qlobal fenomenə çevrilib. Bu texnologiyaların tətbiqi ilə bağlı yeni mexanizmləri formalaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video