16 May 2019 02:20
737
SİYASƏT
A- A+

Yeni mərhələnin başlanğıcındayıq


İlham Əliyev uğurlara aparan yolda islahatların alternativsizliyini bir daha bəyan etdi


Son 15 ildə qarşıya qoyulan bütün planların həyata keçirilməsi üçün iqtisadiyyatını uğurla inkişaf etdirən, iqtisadi cəhətdən tamamilə asılılıqdan qurtulan, regionda irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olan, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, eləcə də dünya kosmos ailəsinin üzvünə çevrilən Azərbaycan bu reallaıqlar əsasında tarixinin ən qüdrətli dövrünü yaşayır.

İqtisadiyyatdakı real göstəricilərə nəzər yetirdikdə aydın şəkildə görərik ki, iqtisadi baxımdan son illərdə Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur.

Prezident İlham Əliyevin innovasiyayönümlü istehsala əsaslanan sosial-iqtisadi siyasəti, iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatını keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxarıb və respublikamız dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Əgər tarixə ekskurs edib geriyə baxsaq, iqtisadi göstəricilərə nəzər yetirsək bunu aydın şəkildə görə bilərik.

Ümumiyyətlə, 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Çünki bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, strateji valyuta ehtiyatları 27 dəfə, xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi isə 6 dəfə artıb. 2003-cü ildə Azərbaycanın strateji valyuta ehtiyatları 1,8 milyard dollar idisə, bu gün həmin rəqəm 46,7 milyard dollardır.

İqtisadiyyatın 3 dəfə artması isə rekord göstəricidir. Sosial sahəyə nəzər yetirsək görərik ki, bu müddət ərzində əməkhaqqı və pensiya 10 dəfəyə yaxın artıb.

Əldə olunan nailiyyətlər ölkədə sistemli şəkildə həyata keçirilən islahatlar nəticəsində iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi sayəsində mümkün olub.

İlham Əliyevin dedyi kimi, 15 ildə haradan gəlib, haraya çatmışıq. Bu, həqiqətən də tarixi nailiyyətlərdir, ancaq daha böyük uğurlar üçün islahatlar davamlı olmalı və daha da dərinləşməlidir.

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə dövlət başçısı həm görülən işləri, həyata keçirilən layihələri dəyərləndirdi, həm də qarşıdakı hədəfləri müəyyənləşdirdi. Prezident yeni sosial islahatlar paketi çərçivəsində həyata keçirdiyi islahatların hər bir vətəndaşın həyatında öz əksini tapmalı olduğunu vurğulayıb: "Biz əməkhaqlarını, pensiyaları, müavinətləri nəyin hesabına artırırıq? Ona görə ki, daha da səmərəli işləyirik, ona görə ki, büdcə daxilolmaları artır və artacaq. Biz hələ islahatların növbəti mərhələsinin başlanğıcındayıq və bu ilin dörd ayının yekunları deməyə əsas verir ki, çox böyük nəticələr əldə edilir. Bu, bizə imkan verir ki, sosial sahəyə həm maddi təminat, həm də islahatlar baxımından daha böyük diqqət göstərilsin”.

Əlbəttə ki, bütün bunları şərtləndirən iqtisadi uğurlardır. Əgər ölkə iqtisadiyyatına milyardlarla dollarlıq xarici və daxili yatırımlar edilməsəydi, Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə daxil olmasaydı, bu gün reallığa çevrilən sosial islahatlardan danışmağa belə dəyməzdi. Ancaq iqtisadi uğurlar dövlətin əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində yeni-yeni layihələr hazırlaması üçün real zəmin yaratdı. Prezident İlham Əliyevin ilin əvvəlində yeni böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı fərman və sərəncamlara əsasən minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artıb, şəhid ailələri, müharibə veteranlarına verilən müavinətlər artıb, 602 min 347 nəfərə problemli kreditlərin ödənişlərinə başlanılıb. Bir sözlə, 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artıb. Göründüyü kimi, ölkə əhalisinin layiqli həyat səviyyəsini təmin etmək və sosial rifahını yüksəltmək İlham Əliyevin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir.

Bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət həqiqətən də inqilabi xarakter daşıyır. Bu, ilk növbədə cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür.

Prezident islahatların davamlı xarakter almasını və uğurlara aparan yolun yalnız islahatlardan keçdiyini vurğulayıb: "Dünya dəyişir, bir daha demək istəyirəm, biz ön sıralarda olmalıyıq və olacağıq da. Çünki üfüqlər açıqdır, siyasətimiz tam aydındır və gələcəyə nikbinliklə baxmaq üçün bütün əsaslar var”.

Prezident bir daha böyük planlar və onların reallaşma istiqamətləri barədə danışaraq əminliklə dedi ki, hökumət bundan sonra da islahatlar yolu ilə gedəcək və bütün planlar reallaşacaq.

Bunun üçün dövlətin iradəsi və gücü var. Azərbaycan İlham Əliyevlə yeni-yeni nailiyyətlərə doğru yalnız uğurlar və qələbələr yolu ilə gedəcək. 2019-cu il isə əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video