16 May 2019 01:55
850
Mədəniyyət
A- A+

Elm və ədəbiyyat xadimləri İmadəddin Nəsimi haqqında


Yaşar Qarayev,

professor:

Ədəbiyyat (poeziya) isə Nəsiminin şəxsində ilahi mənşəyini kəşf etdi. Nəsimiyə təkcə Nəimidən baxmaq - XIV əsrin düşüncə və şüur kontekstində dayanmaq, donub-qalmaq demək olardı: həm Nəsimiyə, həm də Nəiminin özünə məhz XXI əsrdən baxmaq lazımdır. Adətən, Nəsimi və Nəimi ilə bağlı qaynaqlar mütləq məqsədə çevrilir, amma onlara yanaşmada bugünkü baxışın elmi intellekt göstəriciləri olmasa, bu qaynaqların rolu, əhəmiyyəti elə qaynaq çərçivəsində də qalar”.

Teymur Kərimli,

akademik:

"Antik fəlsəfi-sosial fikrin təsiri altında islam aləmində yüksək səviyyəyə çatmış humanist istiqamətli bədii-fəlsəfi proses XII yüzillikdə Azərbaycanda Nizami irsi ilə özünün zirvə nöqtəsinə yetişdi. XIV yüzillikdə islam filosof və şairləri insanların sınmış ümidlərini özlərinə qaytarmağa, onların taleyin əlində köməksiz oyuncaq olmadıqlarını, əksinə, öz talelərinin hakimi olduqlarını təlqin etməyə və inandırmağa başladılar. İslam Şərqinin hər üç hakim dilində - ərəb, fars və türk dillərində bu cür humanist ruhlu əsərlər qələmə alan ən böyük sənətkarlardan biri dahi İmadəddin Nəsimi oldu”.

Hüseyn əs-Sadıq,

Sorbonne Universitetinin professoru:

"Hələbə Nəsiminin özündən əvvəl onun şöhrəti gəlmişdi. Böyük ehtiramla qarşılanan şair həm də mübarək islamın əla bilicisi idi. Yüksək bəlağətlə möminlər qarşısında oxuduğu moizələr qısa bir müddətdə onun müridlərinin sayını sürətlə artırmışdı. Bu isə öz növbəsində şəhərin bəzi ruhani liderlərinin həsədinə səbəb olmuşdu. Nüfuzuna xələl gəlməsindən qorxuya düşən bu din xadimləri öz yaxın adamlarının vasitəsilə Nəsiminin əleyhinə qurğu qurdular, ona böhtan atdılar, fitnəkarlıq edərək şairi küfrdə suçladılar. Bu isə sözügedən zamanda ən dəhşətli ittiham olub ölümlə təhdid edilirdi. 820-ci ildə edam olunan təkcə Nəsimi deyildi. Əslində, o müdhiş gündə Nəsiminin timsalında azad fikir edam olunmuşdu…”

Mixael Hessin,

alman alimi, nəsimişünas:

"Nəsimi şeirində bir dərinlik var. Bir duyğu gücü var ki, məncə, hətta tərcümədə belə hiss edilir. Nəsiminin şeirlərində o qədər təfərrüat, o qədər söz, o qədər dərin məna var ki, onun hamısını bir tərcümədə vermək mümkün deyil. Çünki onu vermək üçün minlərcə şərh vermək lazımdır…”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video