15 May 2019 00:42
505
İQTİSADİYYAT
A- A+

Qax şəhəri üzrə müfəssəl plan hazırlanır


Qax rayonunda bütün təsərrüfat subyektləri müəyyənləşdirilmiş iş qrafiki əsasında fəaliyyət göstərir. Abadlıq-quruculuq istiqamətində görülən işlərlə yanaşı, baharın gəlişi ilə bağlı kəndlərdə də əmək qaynayır. Tütünçülər şitillərin sahələrə köçürülməsinə, kümçülər ipəkqurdu toxumunun dirildilərək barama istehsalına, istirahət mərkəzləri turistlərin qəbuluna hazırlaşırlar.

Ümumilikdə 2018-ci il də Qax üçün uğurlu olub. Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev deyir ki, ölkə rəhbəri İlham Əliyevin Qaxa keçənilki səfəri zamanı rayonda aparılan quruculuq işlərinə, insanların əməyinə verdiyi yüksək qiymət hər bir qaxlını ruhlandırmaqla yanaşı, məsuliyyətini artırıb, yeni uğurlara stimul verib.

- Bu gün rayondakı sosial-iqtisadi sahələrin, xüsusilə turizmin və kənd təsərrüfatının inkişafına, sakinlərin sosial rifahına və rahatlığına xidmət edən bir çox obyektlər məhz Prezidentin səfərləri çərçivəsində, onun xeyir-duası ilə istifadəyə verilib. Ötənilki səfər zamanı da Prezident rayonda bir sıra sosial infrastruktur obyektlərinin - Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun, "Yurd Hotel” mehmanxanasının, Qax Aqroparkının və yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışlarında iştirak etdi.

Ötən il Prezidentin müvafiq sərəncamları ilə 4 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisi üçün 15,1 milyon, Əlibəyli kəndində 216 şagirdlik yeni ümumtəhsil məktəb binasının tikintisi üçün ilkin olaraq 1 milyon, Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 48 mənzilli yaşayış binasının tikintisinə 3 milyon manat vəsait ayrılmışdır. Artıq Əlibəyli kəndində məktəb binasının, şəhər ərazisində 48 mənzilli yaşayış binasının tikintisinə başlanılıb. Qax-Qıpçaq-Ağyazı avtomobil yolu isə istifadəyə verilib.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üçün nəzərdə tutulmuş 21 bənddən ibarət tədbirlərin icrası da uğurla həyata keçirilib. Proqramın icrası çərçivəsində ötən 5 il ərzində rayonda inzibati binalar, Qarabağ müharibəsi əlilləri üçün fərdi evlər, yeni məktəb binaları, uşaq bağçaları, səhiyyə obyektləri, sahə baytarlıq məntəqələri, turizm obyektləri, yeni körpülər və beton bəndlər tikilib, yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilib, artezian və subartezian quyuları qazılıb, yollar asfaltlanıb. 2548-i daimi olmaqla 2637 yeni iş yeri açılıb.

Bunlardan əlavə, Qax şəhərindəki bir çox binaların həyətlərində xeyir-şər yerləri tikilib, həyətlər asfaltlanıb, abadlaşdırılıb, dam örtükləri dəyişdirilib, qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi yolu ilə kommunal yaşayış binasının fasadlarında təmir işləri aparılıb.

Bunlardan əlavə, Qıpçaq kəndində 35 yerlik körpələr evi-uşaq bağçası tikilib, Qaxingiloy və Qum kənd körpələr evi-uşaq bağçalarında təmir işlərinə başlanılıb, Qaradolaq, Qarabaldır, Qapıçay və Əmircan kəndlərində isə modul tipli məktəblərin tikintisində tamamlama işləri gedir. Tasmalı və Əlibəyli kəndlərində tam orta məktəb binalarının, Fıstıqlı və Aşağı-Malax kəndlərində modul tipli məktəblərin tikintisi davam etdirilib, Çinarlı kəndində modul tipli məktəbin tikintisinə başlanılıb.

Nazirlər Kabinetinin 6 noyabr 2018-ci il tarixli sərəncamı ilə Qax şəhəri üzrə müfəssəl planın hazırlanması üçün vəsait ayrılıb. İşlərin görülməsi üçün Bakı Dövlət Layihə İnstitutu ilə müqavilə bağlanılıb. İndi müfəssəl planın hazırlanması ilə bağlı işlər davam etdirilir.

Ötən il həmçinin Baydarlı kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evinin, İlisu kəndində "Uludağ” Turizm və İstirahət Kompleksində 65 yerlik hotelin və Ağçay kəndində "Bergs” hotelində yeni korpusun tikintisi başa çatdırılıb. Qax şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işləri davam edir.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video