14 May 2019 11:51
458
SİYASƏT
A- A+

Cənubi Qafqaz Təhlükəsizlik Forumunda Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub


Tbilisidə keçirilən VI Cənubi Qafqaz Təhlükəsizlik Forumunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, müzakirələr zamanı regional münaqişələrin həllinin uzanmasının sülhə təhlükə olduğu bildirilib.

Sessiyada "Eurasianet.org” resursunun Qafqaz üzrə redaktoru Coşua Kuçeranın moderatorluğu ilə keçən müzakirələr zamanı haqlı narazılıq yaranıb.

Beynəlxalq Böhran Qrupunun Gürcüstan ofisinin analitiki Olesya Vartanyan və "International Alert” təşkilatının Qafqaz üzrə regional meneceri Sofia Puqsley ekspertlər kimi çıxış ediblər.

Tədbirin onlayn platformasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidentinin köməkçisi Anastasiya Lavrina moderatora sualla müraciət edib. A.Lavrina onlayn platformada "Nə üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş paneldə Azərbaycanı təmsil edən spiker yoxdur? Sizcə, bu, ədalətli yanaşmadır?” sualını ünvanlayıb.

Qeyd edək ki, Anastasiya Lavrina foruma Azərbaycandan iştirakçı qismində qatılıb.

Moderator bildirib ki, sessiya iştirakçılarını forumun təşkilatçısı Stratpol təşkilatı müəyyən edib və bu məsələyə onlar cavabdehdir.

Stratpol təşkilatının rəsmisi sessiyanın sual-cavab hissəsinə müdaxilə edərək deyib: "Hər il forumun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiyasında həm Azərbaycan, həm də Ermənistandan nümayəndələr iştirak edirlər. Bu il bu formata müəyyən dəyişiklik etməyə qərar verilib”.

Müzakirələr zamanı regiondakı digər problemlərə də toxunulub. Lakin həmin münaqişələrlə Dağlıq Qarabağ probleminin paralelləşdirilməsinin yanlış olduğu bildirilib.

Forum işini bu gün davam etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video