14 May 2019 02:18
627
İQTİSADİYYAT
A- A+

Prezident tapşırığı uğurla icra olunur


Paytaxtın ekologiyasının qorunmasına yönələn konsepsiyanın ilkin mərlələsi başa çatdı


Dövlət başçısının tapşırıqlarına əsasən, paytaxt Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtımızı gözəl məkana çevirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu işlərdə böyük təcrübəyə malik Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə müqavilə bağlanıb.

Hazırda şirkət tərəfindən Bakı şəhərində məişət tullantıları ilə bağlı yeni konsepsiya hazırlanması işləri aparır. Artıq bu işlərin birinci mərhələsi arxada qalmışdır.

Konsepsiyaya uyğun şəkildə ilkin olaraq paytaxtın Nərimanov rayonunda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Monitorinq Mərkəzi yaradılib. Bu mərkəzdə şirkət tərəfindən Böyük Britaniyadan Bakıya ezam olunmuş 2 mütəxəssis 2 həftə ərzində Nərimanov rayonu ərazisindən yığılmış məişət tullantılarının kompozisiyasının araşdırılması işlərini aparmışdılar. Eyni zamanda, məişət tullantılarının yığılma sahəsindən hansı çeşidləmə növlərinin tətbiqi və onların daşınmasında daha səmərəli marşrutların təyin olunması istiqamətində işlər aparılıb. Bu proses bir neçə ay ərzində başa çatdırılacaq və bu işlərin gedişatına paralel olaraq məişət tullantılarının yığılması üçün xüsusi qabların (konteynerlərin) ölçüləri, rəngləri, üzərində yazılacaq loqolar və ən əsası əhali arasında maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub.

Bu layihə uğurla nəticələnəcəyi halda ətraf mühit üçün müsbət təsirlər, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək, regiondakı digər şəhərlər üçün isə gələcəkdə başlanğıc nöqtəsi olacaqdır.

Konsepsiya çərçivəsində artıq 3 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 7 rayonda (Səbail, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Nizami və Xətai) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, digər rayonlarda da yeni konteynerlərin qoyulması nəzərdə tutulub. Konsepsiyanın başa çatdırılması və tam şəkildə həyata keçirilməsi işləri 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.

Növbəti addım əhali arasında maarifləndirmə işlərinin aparılması və pilot araşdırmalar olacaqdır. Pilot araşdırmaların məqsədi Nərimanov rayonunda təkrar emal üçün tullantı konteynerlərinin yerləşdirilməsi və insanların yeni tullantı modelinə adaptasiyasının öyrənilməsidir. Konteynerlərdəki kompozisiyalar isə ayrıca ölçüləcək. Bu zaman həm də "Təmiz şəhər”lə əməkdaşlıq ediləcək, burada tullantıların daşınması işlərinin aparılması və vətəndaşların adaptasiyası prosesləri öyrəniləcəkdir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video