13 May 2019 21:16
579
CƏMİYYƏT
A- A+

“Hüquq müdafiəçisi”nə Baş Prokurorluqda xəbərdarlıq edilib


Özünü "hüquq müdafiəçisi” adlandıran Oqtay Gülalıyevin "Facebook” sosial şəbəkəsində özünəməxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə həqiqəti əks etdirməyən məlumatları yaymaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa xidmət edən hərəkətlərə yol verməsi Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar O.Gülalıyev Baş Prokurorluğa dəvət edilib. Ona "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirmə aparmadan, real faktlara əsaslanmayan və ictimai rəyi çaşdırmaq məqsədi güdən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video