24 Aprel 2019 16:05
450
CƏMİYYƏT
A- A+

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Mine Mark” Fondunun nümayəndə heyəti ilə görüş keçirilib


Aprelin 24-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Niderland Krallığının "Mine Mark” Fondunun ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, sədr Rövşən Rzayev Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində ölkəmizin üzləşdiyi humanitar problemlər, bu problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında qonaqlara məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyev müharibədən əziyyət çəkən və sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara, o cümlədən qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısının artırılmasını daim diqqətdə saxlayır. Hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi barədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı icra edilir.

Bildirilib ki, işğalçı Ermənistan hərbi təxribatlar törətmək və atəşkəs rejimini müntəzəm şəkildə pozmaqla qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin, o cümlədən uşaqların həyatını ciddi təhlükə qarşısında qoyur. Azərbaycan özünün işğaldan azad edilən ərazilərini minalardan təmizləyib, bərpa-abadlıq işləri aparsa da, həmin ərazilərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə işlərinin aparılması öz aktuallığını saxlayır.

"Mine Mark” Fondunun həmtəsisçiləri Lalə Mustafazadə-Van der Kolk, Nils Hegel, ictimaiyyətlə əlaqələr meneceri İlaria Vallini, maliyyə və strategiya meneceri Aleksandr Zrdavkovski təmsil etdikləri qeyri-hökumət təşkilatının ötən il yaradıldığını, qurumun uşaqları, gəncləri minalardan, partlayıcı döyüş sursatlarından qorumaq məqsədi ilə layihələr həyata keçirdiyini, Azərbaycanda da belə layihələrin icrası üzrə əməkdaşlıq perspektivlərinin olduğunu bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Nidarlandlı qonaqlar sonra Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video