24 Aprel 2019 15:32
568
DÜNYA
A- A+

Ermənistanda kriminal vəziyyət nəzarətdən çıxıb


Ermənistanın sabiq daxili işlər naziri 1 mart terroru ilə bağlı xüsusi istintaq komitəsinə çağırılıb. Ona ölkəni tərk etməmək barədə bildiriş verilib və əmlakına müsadirə qoyulub.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, 1 mart terroru ilə əlaqədar sabiq daxili işlər naziri general-polkovnik Vladimir Kasparyan Xüsusi İstintaq Komitəsinə çağrılıb. O, istintaqa ifadəsində verilən göstərişi yerinə yetirdiyini deyib. V.Kasparyan, həmçinin iş adamından 900 milyon dram rüşvət almaqda şübhəli bilinir. Onun həyat yoldaşının adı isə fırıldaqçılıqda hallanır.

Ümumiyyətlə işğalçı ölkədə kriminal vəziyyət də sabit deyil. Əhali polis özbaşınalıqlarından və hakimlərin laqeydliyindən narazılıq edir.

Polisin işgəncəsi və zorakılığı nəticəsində 32 yaşlı şəxsin ölümü ölkədə böyük etirazlara səbəb olub. Onun yaxınları bildirib ki, üç polis əməkdaşı axşam saatlarında yaşadıqları evə girərək heç bir səbəb gətirmədən bölməyə getməli olduğunu deyiblər. Polislər zor tətbiq edərək uşaqların gözü qarşısında onun qollarını qandallayıb bölməyə aparıblar. Ölən şəxsin anası baş nazir Nikol Paşinyana və baş prokuror Artur Davityana müraciət edib. "Görün Ermənistanda nələr baş verir. Ermənistanın daxili işlər naziri Valeri Osipyana üzümü tutub deyirəm. Ar olsun sənə və sənin polis əməkdaşlarına”,- deyə narazı vətəndaş bildirib.

Ümumiyyətlə, paytaxt sakinləri üçün güllə səsləri adi hala çevrilib. Ermənistan daxili işlər nazirliyinin yaxınlığında baş verən atışma nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Ölənlərdən biri 23 yaşlı futbolçudur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video