23 Aprel 2019 20:35
791
İDMAN
A- A+

Azərbaycan kuboku: “Qəbələ” öz meydanında “Qarabağ”ı məğlub edib


Aprelin 23-də futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, mərhələnin açılış görüşündə "Qəbələ” doğma azarkeşlər önündə "Qarabağ” klubunu qəbul edib.

Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb – 1:0.

Oyunda yeganə qolu matçın 72-ci dəqiqəsində Ceyms Adeniyi vurub.

"Qəbələ” dörddədir finalda "Sabah”ı, Ağdam təmsilçisi isə kubokun son qalibi "Keşlə”ni mübarizədən kənarlaşdırıb.

Ölkə kubokunda 5-ci dəfə yolları kəsişən rəqiblər ilk dəfə yarımfinalda görüşüblər. Komandalar indiyədək 3 dəfə dörddəbir final, bir dəfə finalda üz-üzə gəliblər. Üç dəfə Ağdam təmsilçisi, bir dəfə isə meydan sahibləri dueldən qalib ayrılıblar. Dörd dueldəki 7 oyundan beşi heç-heçə ilə yekunlaşıb. Topların fərqində də "Qarabağ”ın üstünlüyü var - 6:5.

Bu komandaların arasında cavab oyunu mayın 1-də keçiriləcək.

Qeyd edək ki, mərhələnin digər görüşündə "Sumqayıt” öz meydanında "Zirə”ni qəbul edəcək. Həmin görüş saat 18:30-da başlayacaq.

Qəsəbə klubu bundan öncəki mərhələdə "Səbail”i, "Sumqayıt” isə "Neftçi”ni kubokdan uzaqlaşdırıb. Komandalar ölkə kubokunda ilk dəfə üz-üzə gələcəklər. Hər iki kollektiv Topaz Premyer Liqasında uğursuz çıxış etdikləri üçün UEFA Avropa Liqasına vəsiqə üçün yalnız kuboka ümid bəsləyirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video