23 Aprel 2019 20:33
432
CƏMİYYƏT
A- A+

Şri-Lankada törədilmiş terror aktları qurbanlarının xatirəsi Bakıda anılıb


Aprelin 23-də Məşədi Dadaş məscidinin dini icmasının üzvləri Bakıda yerləşən Müqəddəs Məryəmin Məsum Hamiləliyi Kilsəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, icma üzvləri Şri-Lankadakı kilsələrə terror hücumları fonunda xristianlarla həmdərd olduqlarını nümayiş etdiriblər. Müsəlman gənclər kilsənin həyətində Həzrət Məryəmin heykəli önünə güllər qoyublar.

İcma nümayəndələri kilsənin ruhanisi yepiskop Vladimir Fekete ilə görüşərək başsağlığı veriblər. Bildirilib ki, terror aktı yalnız xristianlara deyil, qəlbində Allaha inam və sevgi olan hər kəsə qarşı törədilib. Bu ağır günlərdə inanclı insanlar dinindən asılı olmayaraq bir-birinin yanında olmalı və insanlığı qardaş qırğınına sürükləyənlərin müqabilində vəhdət nümayiş etdirməlidirlər. Azərbaycanda müsəlmanlarla xristianlar hər zaman sülh və qardaşlıq mühitində yaşayıblar, bundan sonra da belə olacaq. Dünyanın hər hansı hissəsində bir kilsəyə hücum olursa, bunu öz məscidimizə hücum kimi dəyərləndiririk. Bu gün icmanızın simasında Kolombodakı terror qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verməyə gəlmişik. Bu, hamımızın acısıdır.

Yepiskop Vladimir Fekete başsağlığına görə minnətdarlığını bildirib. O, müxtəlif din nümayəndələrinin birliyinin çox mühüm olduğunu vurğulayıb.

Sonda terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video