23 Aprel 2019 20:21
1010
Elm və texnika
A- A+

Nejdet Karaköse: Erməni silahlıları 1918-ci ilin yayında Azərbaycanda növbəti soyqırımı törətməyi planlaşdırmışdılar


Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın həyat və fəaliyyəti haqqında "Nuru Paşa” elmi əsəri Türkiyədə nəşr olunub.

AZƏRTAC xəbər verir ki, ehtiyatda olan ordu polkovniki, tarix elmləri doktoru Nejdet Karaköse tərəfindən qələmə alınan əsərdə Nuru Paşanın şəcərəsi, uşaqlıq illəri, hərbi sahədə uğurları, şərəfli və çətin ömür yolu barədə türkdilli oxuculara müfəssəl məlumat verilir. Nəfis tərtibatla təqdim olunan 557 səhifəlik kitabın 66 səhifəsi rəsmi sənəd və orijinal fotolardan ibarətdir.

Müəllif əsərdə Qafqaz İslam Ordusunun Bakı şəhərini erməni-daşnak quldurlarından azad etmək üçün göstərdiyi rəşadətə geniş yer ayırıb. Bununla yanaşı, 1918-ci ilin mart ayında erməni-daşnak silahlı birləşmələrinin paytaxtımızda törətdikləri soyqırımını, eləcə də Bakının viran qalan mənzərələrini əks etdirən nadir fotoları oxuculara təqdim edib. Müəllif rəsmi sənədlərlə əsaslandırır ki, erməni silahlı birləşmələri 1918-ci ilin yay aylarında Gəncəbasarda və digər bölgələrdə azərbaycanlılara qarşı növbəti soyqırımları planlaşdırmışdılar. Məhz Qafqaz İslam Ordusunun şücaəti ilə bu qırğının qarşısı alınıb.

Müəllif Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında, Quru Qoşunları Hərbi Məktəbində, Almaniya Xarici İşlər Nazirliyində Nuru Paşaya aid arxiv sənədlərini, eləcə də Qafqaz İslam Ordusu və onun komandanı barədə kitab və məqalələri tədqiqata cəlb edib.

Nejdet Karaköse tərəfindən qələmə alınan "Nuru Paşa” elmi əsəri türk xalqının böyük oğlunun şərəfli ömür yoluna işıq salmaqla yanaşı, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video