23 Aprel 2019 14:57
642
İDMAN
A- A+

Tom Butçer: Bakı şəhər halqası Formula 1 yarışlarına tam hazırdır


Aprelin 23-də yerli KİV nümayəndələri üçün Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi Bakı şəhər halqasına media-tur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, media nümayəndələri əvvəlcə "Poddack”da görülən işlərlə tanış olublar.

Formula 1 yarışlarının ölkəmizdə təşkilatçısı "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer bildirib ki, üç aydan çox intensiv şəkildə işləyirdik və artıq yarışlara hazırıq. Hazırda bəzi xırda işlər görülür. Formula 1 və Beynəlxalq Avtomobil Federasiyalarının rəsmiləri də yarışa tam hazırdır.

"Çalışırıq ki, yarışı əvvəlki illərdə olduğu kimi yaxşı təşkil edək. Yolları tam bağlamazdan əvvəl görülməyən bir sıra işlər vardı. Bəzi yerlərdə sədd və qapılar quraşdırdıq, rəngləmə işləri apardıq. Həmçinin künc hissələrdə təhlükəsizlik məqsədi ilə əlavə baryerlər quraşdırdıq. Hazırda da bu kimi işlərlə məşğuluq”- deyə Tom Butçer məlumat verib.

Komandaların hazırda öz qarajlarını hazır vəziyyətə gətirməklə məşğul olduqlarını söyləyən avstraliyalı mütəxəssis qeyd edib ki, ötən həftədən başlayaraq komandaların yükləri hava, quru və su yolu ilə Bakıya gətirilir. Tezliklə pilotları da Bakıda görə biləcəyik.

Sonra media nümayəndələri xüsusi avtomobillə Bakı şəhər halqasında dövrə vurublar.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26–28-də Bakı şəhər halqasında keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video