23 Aprel 2019 12:55
468
DÜNYA
A- A+

ABŞ Dövlət Departamenti amerikalı turistləri Şri-Lankada yeni terror aktlarının baş verə biləcəyi barədə xəbərdar edib


ABŞ Dövlət Departamenti hazırda Şri-Lankada olan və bu ölkəyə səyahət planlaşdıran amerikalılara xəbərdarlıq edib ki, adada yeni terror aktları baş verə bilər.

AZƏRTAC xəbər verir ki, Dövlət Departamenti onları "daha ehtiyatlı” olmağa çağırıb. "Terrorçu qruplar Şri-Lankada mümkün hücumları planlaşdırmaqda davam edirlər. Onlar turizm obyektlərini, nəqliyyat qovşaqlarını, bazarları, ticarət mərkəzlərini, yerli hakimiyyət orqanlarını, otelləri, klubları, restoranları, dini icmaları, parkları, iri idman və mədəniyyət tədbirlərini, təhsil müəssisələrini, aeroportları və digər ictimai yerləri hədəf seçərək xəbərdarlıq etmədən hücuma keçə bilərlər”, - deyə ABŞ xarici siyasət qurumunun bəyanatında bildirilir.

Xatırladaq ki, Şri-Lankada Pasxa bayramına düşən bazar günü bir neçə partlayış törədilib, nəticədə 300-dən çox adam həlak olub, 500-dən artıq adam isə yaralanıb. Ölənlər arasında azı dörd ABŞ vətəndaşı olub. Hadisədə 40-dək adam şübhəli qismində həbs edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video