23 Aprel 2019 00:23
612
İQTİSADİYYAT
A- A+

Baharın da qarı olarmış


Bahar gözəlliyinə görə digər fəsillərdən fərqlənir. Səmada süzən quşlardan tutmuş yaşıllığa çevrilən boz çöllər təbiətin insanlara ən böyük töhfəsidir.

Beləcə yaz başlayandan sanki göylər yerə öz nurunu səpməyə tələsir. Bütün qış boyu quraqlıqdan torpaq da bezmişdi. Böyüklərdən tutmuş uşaqlara qədər ötən qışın qarsızlığına təəssüflənərək fəsli başa vurduq. İstiləşən hava boz ay boyunca bir-birinin ardınca çərşənbələri qova-qova Baharın pişvazına çıxdı. Torpağın köksündə Od qalanmış, Yel Suyu axmağa başlamışdı. Hətta martın ortalarında havanın tempraturu 20 dərəcəyə qədər yüksəldi. Təpədən-dırnağadək hər şey dəyişdi. Axar sular aşıb-daşdı, yamaclar yaşıllaşdı, gecələr qısalıb ömrünü gündüzə bağışladı.

İnsanlar iqlim dəyişikliyinə artıq alışıb. Yenə də təbiət bizi təəccübləndirdi. Aprelin ikinci ongünlüyündə Qubanı ağ örpəyə bürüdü. Yaşıl səməniyə bənzəyən torpağa qar necə də yaraşırmış. Zirvədə topalanan qar sanki, -”mənsiz yaz olmaz!” deyir. Sübh günəşinin şəfəqlərinin çarpaz şölələndiyi qarlı zirvə öz ruzi-bərəkətini dörd bir yana yaymaqdadır.

Amma bu qarın insanlara gətirdiyi sevincin əksi təbiətə vurduğu zərərdi. Çərdəkli meyvələrin çiçəkləndiyi bir zamanda yağan qar onların barını əlindən aldı. Gilas, albalı, şaftalı, ərik kimi meyvələrə bu zaman yağan qarın vurduğu zərər onu yetişdirən insanlara təəssüf hissi yaşatdı. Demək, bu il həmin meyvələr qıt olacaq. Arılara da bu qarın yağmağı yaxşı təsir göstərmir. Amma bəzi təsərrüfat adamlarına düşərli oldu. Taxıl zəmilərinə yağan qar bu sahəyə can verdi. Göy zəmilərdə bərəkəti artıran qar sahibkarların sevincinə səbəb oldu.

Amma nə etmək olar, Allahın işinə kim qarışa bilib ki. Xoşbəxt anları yaşayan Bahar isə kainatın Azərbaycan dünyasında dolaşmaqdadır. Nə qədər qar yağsa da, temperatur aşağı düşsə də, unutmayaq ki, qışın ömrü bitib. Uşaqların "kaş qışda yağaydı bu qar” təəssüfü isə qaldı gələn ilə. Qarşıda isə bərəkətli günlər gəlir.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video