22 Aprel 2019 16:00
606
İDMAN
A- A+

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar başa çatır


Formula 1 Azərbaycan Qran-Prisi bu bazar keçiriləcək və Bakıda bu hadisə ilə bağlı son hazırlıqlar gedir. Maraqlı şəhər trasında yürüşlər artıq dördüncü dəfədir ki, keçirilir. 2016-cı ildə Bakıda keçirilən ilk yürüş Avropa Qran-Prisi adlandırılmışdı.

AZƏRTAC xəbər verir ki, paddokdakı bütün işlər demək olar başa çatıb, şəhərin mərkəzindəki küçələr nəqliyyatın hərəkəti üçün bağlanılıb və trass boyunca bütün çəpərlər quraşdırılıb.

Bu günlərdə işlərin gedişatı barədə bilavasitə trasda yerləşən Bakı "Hilton”unun əməliyyat direktoru Lars Sammelius öz təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, trasın maksimal dərəcədə keyfiyyətli vəziyyətdə olmasından ötrü təşkilatçılar bütün səylərini əsirgəmirlər.

"Əgər trafikdəki vəziyyətdən danışsaq, o zaman burada qarmaqarışıqlıq başlayıb. Bir çox küçələr bağlanılıb, trasın bəzi hissələrinin örtüyü yenilənib. Tribunaların əksəriyyəti artıq quraşdırılıb.

Bizim üçün Qran-Prinin keçiriləcəyi həftə ən mühüm və ən maraqlı olur. Otelimizin birinci mərtəbəsində yerləşdirilən mətbuat mərkəzi artıq hazırdır. Bundan başqa, tanınmış fotoqraf Peter van Eqmondun əl işlərindən ibarət sərgi təşkil etmişik. Foyedə isə iki yürüş simulyatoru quraşdırılıb. İşlərimiz həddindən artıq çoxdur. Cümə axşamı otel artıq tam dolacaq və bizim bir dənə də olsun boş nömrəmiz qalmayacaq”, - deyə hollandiyalı menecer bildirib.

Yarış dövründə komandalar, pilotlar, Formula 1 və Beynəlxalq Avtomobil İdmanı Federasiyasının təmsilçiləri məhz bu oteldə qalırlar. Qran-Pri günlərində Bakı "Hilton”unun prezident apartamentlərinin qiyməti bir gecə üçün 3000 avro təşkil edir. Lakin Sammelius həmin nömrələrin məhz kim tərəfindən bronlaşdırıldığını açıqlamayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video