Paytaxtda əhali ilə fəal görüşlər aylığına start verilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq yerlərdə sakinlərin arzu və istəklərinin, problemlərinin daha yaxından öyrənilib həllində yardımçı olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu il aprel ayının 24-dən əhali ilə fəal görüşlər aylığına start verilir.
İcra hakimiyyətindənAZƏRTAC-a bildiriblər ki, aylıq çərçivəsində paytaxt rayonlarında sakinlərlə "Açıq qapı” günləri keçiriləcək. Sakinlərin mənzil-məişət, kommunal və digər problemlərinin bilavasitə yerlərdə öyrənilməsi və aradan qaldırılması, onların dövlət qurumları nümayəndələri ilə təmaslarını daha da yaxınlaşdırmaq məqsədilə keçirilən aylıq çərçivəsində təşkil olunan "Açıq qapı” tədbirləri təsdiq olunmuş qrafikə uyğun olaraq hər bir rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin binalarında və qəsəbə mədəniyyət evlərində keçiriləcək. Görüşlərdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul nümayəndələri, yerli icra strukturlarının rəhbərləri ilə yanaşı, rayondakı təsərrüfat xidmətlərinin, o cümlədən elektrik, təbii qaz, su və kanalizasiya, istilik idarələrinin rəhbərləri də iştirak edəcək, sakinləri ən çox narahat edən sual və problemlər dinləniləcək, araşdırılacaq, aradan qaldırılması üçün tədbirlər görüləcək və sakinlərin sualları cavablandırılacaq.
Görüşlərdə həm də bütünlükdə Bakı şəhəri və müvafiq rayonun ərazisində görülən və görülməsi nəzərdə tutulan işlər barədə vətəndaşlara məlumat veriləcək.
2019-cu il aprel-may aylarında Bakı şəhər sakinlərinin problemlərinin həlli ilə bağlı yerlərdə keçiriləcək "Açiq qapı” tədbirləri barədə MƏLUMAT:
№ | Rayonun adı | Görüşün tarixi və vaxtı | Keçirilmə yeri | Qeyd |
1 | Nərimanov rayonu | 24.04.2019 16:00-20:00 | Nərimanov Rayon MKTB-nin binası, Əbdüləziz Dəmirçizadə küç. 22 | |
2 | Xəzər rayonu | 26.04.2019 16:00-20:00 | Xəzər Rayonu, Şımal Dres yaşayış sahəsi, Lev Starçuk küçəsi, Mədəniyyət evi | |
3 | Xətai rayonu | 29.04.2019 16:00-20:00 | Xərai Rayon MKTB-nin binası, Ramiz Quliyev küç. 23 | |
4 | Sabunçu rayonu | 01.05.2019 16:00-20:00 | Sabunçu Rayon MKTB-nin binası. Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev 72 | |
5 | Binəqədi rayonu | 03.05.2019 16:00-20:00 | Binəqədi Rayon MKTB-nin binası, Əli Məmmədov küç. 10 | |
6 | Yasamal rayonu | 05.05.2019 11:00-15:00 | Yasamal Rayonu, 225 nömrəli məktəb, Ələsgər Ələkbərov küç. 8 | |
7 | Nizami rayonu | 07.05.2019 16:00-20:00 | Nizami Rayon MKTB-nin binası, R.Rüstəmov küç. 28 | |
8 | Nəsimi rayonu | 11.05.2019 15:00-19:00 | Nəsimi Rayon MKTB-nin binası, Səməd Vurğun küç. 112 | |
9 | Suraxanı rayonu | 13.05.2019 16:00-20:00 | Suraxanı Rayon MKTB-nin binası, Əhməd Mehbalıyev küç. 3 | |
10 | Qaradağ rayonu | 15.05.2019 16:00-20:00 | Qaradağ Rayon Mədəniyyət sarayı, Seymur Orucov küç. 23 | |
11 | Səbail rayonu | 17.05.2019 16:00-20:00 | Səbail Rayonu, 239 nömrəli məktəb. Badamdar qəsəbəsi, Məktəbli küşəsi 16 | |
12 | Pirallahı rayonu | 19.05.2019 11:00-15:00 | Pirallahı Rayon MKTB-nin binası, Kamil Rzayev küç. 25 |
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub ...
25 Aprel
Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!