21 Aprel 2019 01:06
787
SİYASƏT
A- A+

Yalan və iftira ruporu yenə işə düşüb


Son 15 il ərzində böyük uğurlar, nailiyyətlər qazanan və bu gün bütün istiqamətlər üzrə inkişaf edən Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.

Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı güclənir, əhalinin sosial rifahı yüksəlir, Azərbaycan beynəlxalq arenada söz sahibinə çevrilir. Xalqın maraqlarına xidmət edən siyasət Azərbaycanı iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevirib.

Mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması ölkəmizin strateji mövqelərini daha da gücləndirib. Azərbaycan öz müstəqil siyasəti ilə dünyada, beynəlxalq münasibətlər sistemində böyük nüfuz qazanıb. Respublikamız dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri qurmuşdur, ölkəmiz hazırda bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısıdır.

Bununla yanaşı, Azərbaycan bir çox Avropa İttifaqı ölkələri ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Aİ ilə strateji tərəfdaşlıq sazişinin hazırlanması artıq yekun mərhələyə qədəm qoyub. Bu il isə ölkəmiz dünyanın 120-dən çox dövlətini birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edəcək.

Dövlət başçısının sosial sahədə atdığı mühüm addımlar isə əhalinin rifahının yüksəlməsinə səbəb olub. Son 1 ildə əhalinin aztəminatlı təbəqəsinin rifah halının daha da yaxşılaşdırılmasına xidmət edən fərman və sərəncamların imzalanması dövlətin xalqa münasibətinin real təzahürüdür.

Bütün bu uğurlar, əhaliyə göstərilən diqqət və qayğı sayəsində xalqın Prezidentə olan etimadı daha da güclənib. Dövlət başçısına böyük inamı Fransanın "Opinion Way” şirkətinin bu yaxınlarda keçirdiyi sorğusu da bir daha təsdiqləyir.

Əlbəttə ki, ölkəmizin beynəlxalq uğurları antiazərbaycançı qüvvələri, daxili sabitlik isə "5-ci kolon”u hər zaman narahat edib. Bu qüvvələr Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün zaman-zaman, xüsusilə qlobal tədbirlər ərəfəsində çirkin kampaniyalar təşkil edirlər. Onlar Azərbaycanın adının "qara siyahılar”da, qərəzli "hesabatlar”da çəkilməsi üçün "min oyundan çıxırlar”.

Onların sifarişlərini yerinə yetirən "Trensparency İnternational”, "Amnisty İnternational”, OCCRP və digər bu kimi qurumlar ölkəmiz, dövlət başçısı haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməyə, ölkə daxilində "5-ci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər.

Sual yaranır, bu təşkilatları Cənubi Qafqazda sabitlik adası adlandırılan, Avropanın enerji təminatında mühüm rol oynayan, etibarlı tərəfdaş olduğunu sübuta yetirən bir ölkənin uğurları niyə bu qədər narahat edir? Nədən çirkin kampaniyalarda Azərbaycanın adının hallanması üçün bu qədər "dəridən-qabıqdan” çıxırlar?

Təbii ki, hər zaman olduğu kimi, bunun da kökündə erməni izi, erməni məkri dayanır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində aparıcı dövlətə çevrilməsi bir sıra imperialist baxışlı siyasi dairələri hər zaman narahat edir və ölkəmizin inkişaf, tərəqqi amili üzərində yüksəlişi sözügedən dairələrin qaranlıq maraqlarına cavab vermir.

Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsindən, habelə qarşıdan gələn dövrdə ölkənin bir sıra mühüm tədbirlərə evsahibliyi edəcəyindən, "Cənub qaz dəhlizi” layihəsinin tamamlanacağından, Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağından, ölkəmizin Qoşulmama hərəkatına sədrlik edəcəyindən ciddi narahat olan həmin qüvvələr ölkə rəhbərliyinə qarşı növbəti qarayaxma kampaniyası başladıb. Avropa Şurasında bu yaxınlarda qəbul olunmuş qətnamə bunu bir daha sübut edir.

Lakin bir məsələ də var ki, Azərbaycan ictimaiyyəti həmin qüvvələrin belə cəhdlərinin arxasında hansı maraqların durduğunu yaxşı bilir. Buna görə də bu cür kampaniyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün olmayıb və olmayacaq da. Azərbaycan ictimaiyyəti bu qüvvələrin bütün iddialarına layiqli cavab verəcək.

Onu da əlavə edək ki, son zamanlar bəzi antimilli ünsürlər müxtəlif platformalarda çıxış edərək tamamilə savadsız şəkildə Azərbaycan ilə Avropa İttifaqı arasında danışıqlar aparılan saziş layihəsinə də əsassız fikirlər irəli sürürlər.

Söz yox ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və yeni saziş barəsində aparılan danışıqlar bilavasitə Ermənistanı narahat edir. İşğalçı ölkə hətta Avropa İttifaqına üzv dövlətlər arasında olan havadarları vasitəsilə bu sazişə zərbə vurmağa çalışır. Ermənistanla həmrəy olan bəzi antimilli ünsürlər də bu sazişə qarşı çıxırlar. Müxtəlif mərkəzlərdən idarə olunan bu kimi şəxslər müstəqil xarici siyasət aparmağın, ölkənin milli maraqlarının qorunmasının nə olduğunu başa düşmürlər.

Ermənistan yaxşı bilir ki, Azərbaycan-Aİ münasibətləri hər şeydən əvvəl bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanır. Digər ölkələrdən fərqli olaraq, Azərbaycan Aİ-nin təqdim etdiyi sənədi olduğu kimi qəbul etmir, əksinə, Azərbaycanın təqdim etdiyi sənəd üzərində, hər iki tərəf üçün məqbul ola biləcək müddəalar müzakirə olunur. Azərbaycan statistik göstərici mahiyyətində sənəd imzalamaq üçün deyil, öz maraqlarına uyğun şəkildə mötəbər bir sazişə nail olmaq məqsədilə müzakirələr aparır.

İşğalçını narahat edən əsas məqam sənəddə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasıdır. Belə bir mövqenin sənəddə təsbit olunması tam təbiidir. Bunu dərk etmək üçün Avropa İttifaqının sənədlərinə baxmaq kifayətdir.

Bütün bunlara baxmayaraq, Ermənistan və onunla həmrəy olan bəzi antimilli ünsürlər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin dərinləşməsinə, şaxələnməsinə zərrə qədər mane ola bilməyəcəklər. Azərbaycan hər zaman olduğu kimi, bu istiqamət üzrə apardığı danışıqlarda da uğur qazanacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video