21 Aprel 2019 00:40
1223
Səhiyyə
A- A+

Xoşbəxtliyin 2 sirri


İnsanın əhvalına təsir edən 2 əsas maddə var:


Serotonin:

Bu hormon insanda özünü xoşbəxt hiss etmə hissi yaradır. Serotonin gərginliyi aradan qaldırır, yuxu və iştaha təsir edir, həzz hissini formalaşdırır və əhvalı yüksəldir. Şokolad, banan, xurma və əncirdə bu hormonun miqdarı yüksəkdir.

Belə ki, serotonin miqdarı çoxaldıqca əhval yaxşılaşır, əhval yaxşılaşdıqda isə serotoninin miqdarı çoxalır.

Endorfin:

Endorfin çox olduğu halda - insan özünü tam güclü, enerji dolu, optimistik və tamamilə xoşbəxt hiss edir. Bu bioloji aktiv birləşmələr (neyropeptidlər) beyin hüceyrələri və sinir sistemi tərəfindən istehsal olunur. Onlar da xoşbəxtlik hormonlarına aid edilirlər. Xüsusi reseptorlarla birləşərək, beyində yerləşən həzz mərkəzinə gedən sinir impulslarının gedişatını yüngülləşdirirlər. Bu sinir mərkəzinin oyadılması bizə yüngüllük, gümrahlıq və sevinc hissi verir. Tünd şokolad, banan, acı bibər endorfinin səviyyəsini yüksəldir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video