20 Aprel 2019 13:50
543
DÜNYA
A- A+

Perunun eks-prezidenti üç il təcridxanada qalacaq


Perunun sabiq prezidenti Pedro Pablo Kuçinski üç il müddətinə istintaq təcridxanasına göndərilmişdir. Ona qarşı korrupsiya ilə bağlı cinayət işi qaldırılmışdır. Məhkəmə prokurorluğun müvafiq vəsatətini dəstəkləmişdir.

Kuçinski barəsində Braziliyanın "Odebrecht” inşaat konserni ətrafında korrupsiya qalmaqalı ilə əlaqədar iş üzrə təhqiqat aparılır. Perunun 80 yaşlı eks-prezidenti çirkli pul yumaqda şübhəli bilinir. Kuçinski ötən il bu qalmaqal fonunda Prezident vəzifəsini tərk etmişdir.

Aprelin 10-da sabiq döblət başçısı on gün müddətinə təcridxanaya göndərilmişdir. Lakin hazırda o, ürəyində keçirilmiş əməliyyatdan sonra xəstəxanada müalicə olunur. Vəkillər Kuçinskinin istintaq təcridxanasında saxlanması müddətinin artırılması qərarından şikayət vermək niyyətindədirlər.

Bütün dünyada geniş filiallar şəbəkəsinə malik olan "Odebrecht” konserni ətrafında korrupsiya qalmaqalında Perunun digər eks-prezidentlərinin – Ollanta Umala (2011-2016-cı illər) və Alexandro Toledonun (2001-2006-cı illər) adları hallanır. İstintaqa cəlb olunmuş daha bir eks-prezident - Alan Qarsiya (2006-2001-ci illər) aprelin 17-də saxlanılarkən tapançadan özünə atəş açmış və aldığı yaradan xəstəxanada dünyasını dəyişmişdir.

Kuçinski uzun müddət "Odebrecht” ilə işgüzar əlaqədə olmaq faktını inkar edirdi. Lakin 2017-ci ildə konsaltinq xidmətləri göstərdiyinə görə həmin konserndən pul aldığını etiraf etmişdir.

"Odebrecht” ətrafında qalmaqala Peru ilə yanaşı, Latın Amerikasının daha bir neçə dövləti cəlb olunmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video