20 Aprel 2019 00:15
1153
Səhiyyə
A- A+

Şirvan şəhərində əhalinin tibbi müayinəsi mütəşəkkil keçir


Hər ilin əvvəlində - fevral, mart, aprel aylarında respublikamızda əhalinin tibbi müayinədən keçməsi, hər kəsin öz sağlamlıq durumunun vəziyyətini bilməsi və onun qayğısına qalması, həkimlərin bu sahədə onlara kömək göstərməsi artıq ənənə halını almışdır. Bu tədbir Prezident İlham Əliyevin göstərişinə əsasən həyata keçirilir.

Bunun üçün isə tibb müəssisələrinin lazımi səviyyədə olması mühüm şərtdir. Digər sahələr kimi, ölkəmizdə səhiyyə sahəsində görülən işlər, həyata keçirilən tədbirlər də göz qabağındadır. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində şəhərlərdə, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə yeni müalicə ocaqları, diaqnostika mərkəzləri, klinikalar, uşaq tibb mərkəzləri, tibb məntəqələri tikilib istifadəyə verilir. Köhnə səhiyyə ocaqları isə təmir edilib yenidən qurulur. Bu müəssisələr inkişaf etmiş Avropa ölkələrində istehsal olunmuş dünya standartlarına cavab verən ən müasir tibbi avadanlıqlarla təchiz edilir. İxtisaslı, peşəkar həkim kadrlarının hazırlanması diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, respublika əhalisi müalicə üçün xarici ölkələrə daha az üz tutur.

Bu gün Şirvan şəhərinin tibb müəssisələrinin kollektivləri də əhalinin sağlamlığı keşiyində ayıq-sayıq dayanmışlar. Respublikamızın digər şəhər və rayonlarından olan xəstələr də çox vaxt ümidlə, inamla buradakı həkimlərin qəbuluna gəlirlər. Şəhər əhalisinin müayinə prosesi də mütəşəkkil şəkildə davam edir. Bununla əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun 6 fevral 2019-cu il tarixli sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Əhalinin tibbi müayinəsinin mütəşəkkilliklə keçməsini təmin etmək məqsədilə lazımi təşviqat-izahat işləri aparılır. Qeyd edək ki, Şirvan şəhərində 86 min 519 nəfər əhali yaşayır ki, bunun da 63 min 850 nəfərini 18 və yuxarı yaş həddində olanlar təşkil edir.

Səhər poliklinikasının baş həkim əvəzi Sədaqət Quliyeva və böyük tibb bacısı Pərinisə Əliyeva ilə müayinənin gedişatı barədə söhbət etdik. Məlum oldu ki, 11 aprel tarixinə kimi 46 min 342 nəfər tibbi baxışdan keçmiş, onlardan 43 min 556 nəfərin sağlam olduğu müəyyən olunmuşdur. 3 min 320 nəfər ambulator, 405 nəfər stasionar müalicəyə cəlb olunmuşdur. 105 nəfər ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmiş, 91 nəfər xəstə üzərində cərrahiyyə əməliyyatı aparılmışdır.

Böyük tibb bacısı P.Əliyeva ilə müayinə otaqlarına baş çəkirik. İlk olaraq terapevt-həkim otağına gedirik. Foyedə cərgə ilə düzülmüş əsgərləri görürük. Tibb bacısı onların da müayinəyə gəldiklərini bildirir. Terapevt-həkimin otağına daxil oluruq. Tibb bacısı bizi təqdim edib, gəlişimizin məqsədini bildirir. Biz həkim Hicran Hüseynova ilə görüşüb işlərin gedişi ilə tanış oluruq. Məlum olur ki, müayinə etdiyi Kəmalə Abuşova Şirvan şəhər S.Zeynalov küçəsi, 18/9 ünvanda yaşayır. K.Abuşova hər il keçirilən həkim müayinəsi kampaniyasının insanlar üçün çox mühüm əhəmiyyət kəsb etdiyini, ortaya çıxa biləcək hər hansı xəstəliyin vaxtında qarşısının alınmasında bunun xüsusi rolunu qeyd edir və ona görə də dövlət başçısına, həkimlərə öz təşəkkürünü bildirir.

Oftalmoloji kabinetdə həkim Naminə Heydərova Şirvan şəhər M.Ə.Rəsulzadə küçəsi 29 nömrəli evdə yaşayan Aytac Quliyevanı müayinə edir. Həkim N.Heydərova pasiyentinə hər şeyin normal olduğunu deyir. Bundan sonra müayinə aparatı qarşısında şəhərdəki G.Şıxbabaoğlu küçəsinin sakini İlham Məmmədəliyev əyləşir. Həkim onu da diqqətlə müayinə edib öz məsləhətlərini verir.

Poliklinikanın digər şöbələrinin qarşısında xeyli adam dayandığını görürük. Onlar növbə ilə içəri keçir, müayinə olunur, öz sağlamlıqları, səhhətləri haqqında ətraflı məlumat alırlar. Müalicəyə və ya əməliyyata ehtiyacı olanlar isə yuxarıda dediyimiz kimi, lazımi müalicə ocaqlarına göndərilirlər. Onu da vurğulayaq ki, biz orada olanda şəhərdəki idarə, müəssisə və təşkilatların əksəriyyətinin kollektivi həkim baxışından keçmişdi. Müayinənin gedişi vəziyyəti isə hər gün iş vaxtının sonunda müzakirə olunur və bu barədə şəhər icra hakimiyyətinə məlumat verilir.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video