19 Aprel 2019 20:02
366
SİYASƏT
A- A+

Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib


Aprelin 19-da Vyetnam Sosialist Respublikasının Baş naziri Nguyen Xuan Phuk AZƏRTAC-ın sədrlik etdiyi Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib.

OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Baş nazir təşkilatın regionun informasiya məkanında önəmini vurğulayıb. O, feyk xəbərlərin geniş yayıldığı bir dövrdə OANA-ya üzv agentliklərin etibarlı xəbər mənbəyi kimi qeyri-dürüst məlumatlarla mübarizədə böyük əhəmiyyətə malik olduğunu söyləyib və onların bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

Aslan Aslanov tədbirin yüksək səviyyədə təşkilinə, mehriban qonaqpərvərliyə görə Baş nazirə, Vyetnam hökumətinə və VNA agentliyinə təşəkkür edib. O bildirib ki, vaxtılə UNESCO-nun himayəsi ilə yaradılan, Asiya və Sakit okean ölkələrinin aparıcı xəbər agentliklərini öz ətrafında birləşdirən OANA onlayn xəbər axını şəraitində, feyk xəbərlərin tüğyan etdiyi bir vaxtda öz nüfuzunu ildən-ilə daha da artırır, onu daha etibarlı, jurnalistika dəyərlərini qoruyub saxlayan təşkilat kimi önə çıxarır. Üzv agentliklər arasında sıx əməkdaşlıq xalqların adət-ənənələrini bir-birinə daha yaxından tanıtmaq, Asiya və Sakit Okean ölkələrində baş verən iqtisadi, siyasi, mədəni yenilikləri dünyaya daha asan çatdırmaq üçün böyük imkanlar yaradır.

Vyetnam Xəbər Agentliyi ilə AZƏRTAC arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Aslan Aslanov bu əməkdaşlığın yeni mərhələyə yüksəlməsinin Vyetnam və Azərbaycan xalqlarının obyektiv məlumatlarla operativ təmin olunmasındakı rolundan məmnunluqla söhbət açıb.

Baş nazir Nguyen Xuan Phuk Vyetnamın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini qeyd edərək, iki ölkənin münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, Hanoy ilə Bakı arasında birbaşa aviareyslərin açılmasının mümkünlüyünü qeyd edib. Baş nazir bir vaxtlar Azərbaycanda ali təhsil alan bir çox vyetnamlının indi dövlət və hökumət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını söyləyib, bu insanların ölkələrimiz arasında əlaqələrin daim yaxınlaşmasına öz töhfələrini verdiklərini bildirib.

Görüşdə müasir medianın inkişafı məsələləri, feyk xəbərlərlə mübarizə, innovasiyalı texnologiyalardan səmərəli istifadə yolları, qabaqcıl təcrübənin tətbiqi və digər aktual məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video