19 Aprel 2019 15:05
415
DÜNYA
A- A+

Bill Qeytsin varidatı 100 milyard dolları ötüb


Microsoft kompaniyasının qurucusu Bill Qeytsin varidatı 1999-cu ildən bəri ilk dəfə olaraq 100 milyard dollar həddini ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb. "Bill Qeytsin var-dövləti bu həftə 100 milyard dolları ötüb. Bu, maliyyə hesabatının buraxılması ərəfəsində (hesabat aprelin 24-də dərc olunacaq) kompaniyanın səhmlərinin bahalaşması sayəsində baş verib”, - məlumatda belə deyilir.

Cümə axşamı günü Microsoftun səhmlərinin qiyməti maksimum səviyyəyə çataraq bir səhm üçün 123,52 dollara yüksəlib. Həftənin əvvəlindən səhmlər 2 faiz bahalaşıb.

Forbes Qeytsin varidatını 100,61 milyard dollar həcmində qiymətləndirir. O, dünyanın ən varlı insanları siyahısında varidatı 152,95 milyard dollar təşkil edən Amazon kompaniyasının başçısı Ceff Bezosdan sonra ikinci yerdədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video