18 Aprel 2019 18:27
1209
DÜNYA
A- A+

İsveç alimləri kişilərdə vaxtsız ölümün səbəbini araşdırıblar


İsveç alimləri kişilərdə vaxtsız ölümün səbəbini araşdırıblar. AZƏRTAC Höteborq Universitetinin məlumatına istinadla xəbər verir ki, kişilərdə ürək döyüntüsünün normal vəziyyətdə dəqiqədə 75 zərbə vurmasının azaldığı təqdirdə ürək-damar sistemi xəstəliklərinin yaranması riskinin artması və vaxtından əvvəl ölüm hallarının baş verməsi mümkündür.

İsveç alimləri bu qənaətə 1943-cü ildə Höteborq şəhərində anadan olmuş 798 kişi arasında apardıqları tədqiqat nəticəsində gəliblər. Tədqiqat hələ 1973-cü ildə başlayıb, onun könüllü iştirakçıları isə özləri haqqında məlumatları, o cümlədən gündəlik stress səviyyəsi, həyat tərzi və irsi ürək-damar xəstəliklərini mütəmadi olaraq alimlərə çatdırıblar. Bundan sonra tədqiqatçılar könüllüləri dörd qrupa bölüblər. Birinci qrupda ürək döyüntülərinin 55 zərbə və daha az, ikincidə isə 55-65 zərbə olduğu kişilər olublar. Sonrakı qruplara ürək döyüntüsü zərbələrinin 65-75 və 75-dən çox olduğu könüllülər daxil edilib. Məlumatların təhlili göstərib ki, göstəriciləri 55 zərbədən çox olanlar siqaret çəkənlər, stressə məruz qalanlar və az hərəkət edənlərdir. Lakin buna baxmayaraq, ürək döyüntüsü zərbələri 75-dən çox olanlar arasında vaxtsız ölüm halları iki dəfə çox olub.

Ekspertlər qeyd ediblər ki, risk qrupuna aid olan kişilər mütəmadi olaraq hərəkət etməli və düzgün qidalanmalıdırlar. Alimlərin sözlərinə görə, məhz bu amillər ürək döyüntüsü zərbələri ilə bağlı əziyyəti normallaşdıra bilər. İndi isveçli alimlər ürək döyüntüsünün qadınların ömür həddinə təsirini araşdırırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video