18 Aprel 2019 13:55
392
SİYASƏT
A- A+

ABŞ-ın Vaşinqton ştatının ən böyük vilayətində Azərbaycanla bağlı təqdimat keçirilib


ABŞ-ın Vaşinqton ştatında yerləşən Kinq Vilayət Şurasının iclasında aprelin 17-də Azərbaycana dair geniş təqdimat keçirilib. Təqdimatda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edib.

AZƏRTAC xəbər verir ki, təqdimatdan əvvəl çıxış edən Kent Vilayət Şurasının üzvü Pit fon Reyxbauer şura üzvləri və iclas iştirakçılarına Azərbaycan haqqında məlumat verərək, ölkəmizin 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurduğunu, ABŞ-dan iki il öncə qadınlara seçmək və seçilmək hüququ verdiyini bildirib. O, Azərbaycanın xüsusilə Vaşinqton ştatı ilə yüksək iqtisadi əlaqələrə malik olduğunu bildirib.

Baş konsul N.Ağayev çıxışında Azərbaycanın müstəqillik tarixi, yerləşdiyi coğrafi məkan, iqtisadi inkişafı və mədəniyyəti haqqında məlumat verərək, ölkəmizin bu gün dünyanın ən sürətlə çağdaşlaşan ölkələrindən birinə çevrildiyini bildirib. O, ölkəmizin Cənubi Qafqaz regionunda ABŞ-ın əsas ticarət tərəfdaşı olduğunu, terrorçuluğa qarşı mübarizə və enerji təhlükəsizliyi də daxil olmaqla, müxtəlif sahələrdə ABŞ ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Ölkəmizin Vaşinqton ştatı ilə əlaqələrindən bəhs edən baş konsul Azərbaycanın indiyədək bu ştatda yerləşən "Boeing” və "Microsoft” şirkətləri ilə bir sıra iri layihələrə imza atdığını və bu layihələrin Vaşinqton ştatının iqtisadi inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Diplomat, həmçinin Azərbaycan multikulturalizmi haqda da danışaraq, bu gün ölkəmizdə müsəlman, xristian, yəhudi və digər dinlərin daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşadıqlarını və Azərbaycanın bu sahədə bütün dünya üçün müsbət bir örnək olmağa çalışdığını qeyd edib. Kinq vilayətində böyük Azərbaycan icmasının yaşadığını qeyd edən N.Ağayev qarşıdakı illərdə bu vilayətlə əlaqələrin genişləndirilməsinə ümidini ifadə edib.

Qeyd edək ki, Vaşinqton ştatının ən böyük vilayəti olan Kinq vilayəti əhalisinin sayına görə ştatda 1-ci, ABŞ-da isə 13-cü yeri tutur. Vilayətin mərkəzi şəhəri olan Sietl ABŞ-ın mühüm sənaye və ticarət şəhərlərindəndir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video