20 Mart 2019 16:51
520
SİYASƏT
A- A+

Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb



Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda Novruz bayramı təntənə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bayram şənliyində Gürcüstan Prezidenti Salome Zurabişvili, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, parlamentin deputatı Savalan Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Qardabani sakinləri Gürcüstan dövlətinin başçısını duz-çörək və gül-çiçəklə qarşılayıblar.

S.Zurabişvili yerli sakinlərlə görüşüb, at yarışlarına tamaşa edib, Novruz tonqalını alovlandırıb və yumurta döyüşdürüb.
Deputat Savalan Mirzəyev Gürcüstan Prezidentinə Novruz bayramı barədə ətraflı məlumat verib. Novruzun dostluq, ruzi-bərəkət, bolluq və sülh bayramı olduğunu diqqətə çatdırıb.

Novruz bayramı ilə əlaqədar yaradılmış pavilyonda "Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbova dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.
Azərbaycanlı aşıqlar, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri ilə görüşən Gürcüstan Prezidenti onlara firavanlıq arzulayıb.

Sonra qubernator Şota Rexviaşvili azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib, Prezident S.Zurabişvilinin bu bayramda iştirakını dövlətin azərbaycanlılara diqqət və qayğısının nümunəsi kimi dəyərləndirib.

Prezident Salome Zurabişvili Gürcüstanda yaşayan azərbaycanlıları və Azərbaycan dövlətini Novruz bayramı münasibətilə təbrik edib.

Gürcüstanda bütün xalqların bərabər hüquqda, eyni şəraitdə yaşadıqlarını ölkədəki tolerantlığın bariz nümunəsi olduğunu bildirib.

Dövlət başçısı ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin tarixindən danışıb, bu bayramı birlikdə qeyd etməkdən məmnun qaldığını bildirib.

Savalan Mirzəyev azərbaycanlılar adından Prezident S.Zurabişviliyə tədbirdə iştirakına görə minnətdarlıq edib. Bildirib ki, Gürcüstan Prezidentinin bu tədbirdə iştirakı dostluq və qardaşlıq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edir.

Sonra Azərbaycan və gürcü milli rəqs qrupları, aşıqlar maraqlı konsert proqramı ilə çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video