20 Mart 2019 01:34
547
SİYASƏT
A- A+

İnquşetiya paytaxtının meri: “Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi sayəsində inkişaf edir”


"Bura gələrkən adi, əlbəttə ki, gözəl, amma dünyanın gördüyüm bir çox paytaxtları kimi şəhər görəcəyimi düşünürdüm. Amma tam səmimiyyətlə demək istəyirəm ki, Bakı çox heyranedicidir”.

Bunu "Report”a Rusiya Federasiyası İnquşetiya Respublikasının paytaxtı Maqas şəhərinin meri Beslan Tseçoyev deyib.

Onun sözlərinə görə, bu gün Bakı həm tarixi, həm də müasir şəhər kimi inkişaf edir.

"Bu gün Maqası bəzilərinin dünyada analoqu olmayan bir sıra innovativ layihələrin həyata keçirildiyi smart-şəhər kimi qururuq. Maqas bu gün Rusiyada ən qabaqcıl şəhərdir. Bakı kimi, Maqas da şanlı minillik tarixə malikdir və müasir şəhər kimi inkişaf edir. Bəli, Bakı böyük şəhərdir, meqapolisdir, tamamilə fərqli miqyasdadır, amma burada özümə doğma bir şey gördüm. Şəhər rəngarəng və maraqlıdır”, - mer bildirib.

B.Tseçoyev qeyd edib ki, Azərbaycan bu gün atası Heydər Əliyevin işini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində inkişaf edir.

"Şəhər meri kimi yox, bir insan kimi deyirəm. Əslində, ata Heydər Əliyev dahi olub, oğlu da atasının yolunu layiqlə davam etdirir. Burada çoxlu danışmaq lazım deyil, sadəcə, ətrafa boylanmaq kifayətdir”, - B.Tseçoyev söyləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video