20 Mart 2019 00:55
654
İQTİSADİYYAT
A- A+

Təşəbbüsçü yenə Azərbaycandır Bakıda “OPEC plus” əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib


Neft bazarında balansı qorumaq və qiymət sabitliyinə nail olmaq məqsədilə Azərbaycan "OPEC plus” əməkdaşlığı sahəsində fəal rolunu davam etdirir. Ölkəmizin həmin formatda keçirilən tədbirlərə evsahibliyi etməsi bunun parlaq sübutudur. Bu il martın 18-də Bakıda növbəti tədbir - OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib.

"OPEC plus” formatının yaradılması təşəbbüsü ilə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.

"OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, nəticə əldə edilə bilər”. Azərbaycanın dövlət başçısı bu təşəbbüsü hələ 2016-cı ilin əvvəlində Davos Forumunda irəli sürüb. Prezident İlham Əliyev, həmçinin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsini təklif edib.

Bu təkliflərin məmnuniyyətlə qəbul edilməsi Azərbaycan Prezidentinə bəslənən böyük hörmətin, o cümlədən dövlətimizin enerji siyasətinə verilən yüksək qiymətin təzahürüdür.

"OPEC plus” formatı çərçivəsində tədbirlərin Bakıda keçirilməsi böyük məna daşıyır. Azərbaycan neftin vətənidir və müstəqilliyini bərpa edəndən sonra bunu bir daha təsdiqləyən qlobal neft-qaz layihələrinə imza atıb. Hazırda ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən layihələr dünyanın ən iri layihələri sırasındadır. Azərbaycan mükəmməl beynəlxalq tərəfdaşlıq və əməkdaşlıq formatı yaradıb ki, bu da ölkəmizin dünyadakı nüfuzunu daha da artırır.

JMMC-nin 13-cü iclasının iştirakçıları da tədbirin məhz Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Həm qədim neft ölkəsi, həm də "OPEC plus” formatında əməkdaşlığın fəal iştirakçısı olduğu üçün Azərbaycanın bu tədbirlərə evsahibliyi etməsinin yerinə düşdüyünü bildiriblər.

Tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "OPEC plus” formatı yaradılandan bəri ölkəmizin öz öhdəliklərini müvəffəqiyyətlə və tam yerinə yetirdiyini bəyan edib.

Energetika Nazirliyi tərəfindən, eləcə də bu ilin fevral ayında neft hasilatı ilə bağlı məlumatlar OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına (JTC) təqdim olunub. Belə ki, keçən ay ölkədə gündəlik neft hasilatı 806 min barel təşkil edib. Bunun 722 min bareli xam neft, 84 min bareli kondensatdan ibarət olub. Gündə 572,9 min barel xam neft, 84 min barel kondensat, 18 min barel neft məhsulları ixrac edilib. Ötən il isə gündəlik neft hasilatı 792,6 min barel olub.

Qeyd edək ki, JTC-nin 27-ci iclası bu il martın 17-də Bakıda keçirilib. Bu səbəbdən də JMMC-nin toplantısında OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı ilə yanaşı, JTC-nin fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatının və qlobal neft bazarında son inkişafların müzakirə olunması da təsadüfi deyil.

JMMC-nin iclasının yekununda mətbuat konfransı da keçirilib. Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih bildirib ki, OPEC-ə üzv və kartelə daxil olmayan bəzi ölkələrlə əldə edilən neft hasilatının azalmasına dair sazişin şərtlərinin icrası fevral ayında 90 faiz səviyyəsinə çatıb. Həmçinin JMMC-nin neft bazarında beş verən proseslərdən razı olduğu qeyd edilib. Nəzərə çatdırılıb ki, dörd ölkə - İraq, Qazaxıstan, Nigeriya və Birləşmiş Ərəb Əmirlikləri komitənin üzvləri sırasına daxil olublar.

Xatırladaq ki, keçən il dekabrın 7-də Vyanada keçirilən görüşdə OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirləri neft hasilatının gündəlik həcminin 1,2 milyon barel azaldılması barədə razılığa gəlmişlər. Yeni qərara əsasən, bu ilin əvvəlindən Azərbaycan sutkalıq hasilatın 20 min barel azaldılması haqqında öhdəlik götürüb.

JMMC və JTC-nin növbəti iclasları isə bu ilin may ayında Ciddədə keçiriləcək.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video