19 Mart 2019 16:43
332
CƏMİYYƏT
A- A+

Zaqatalada bayram coşqusu yaşanır


Zaqatala rayonunda xalqımızın tarixi qədər qədim, müqəddəs və əziz el bayramı-"Novruz” münasibəti ilə Zaqatala qalasında Novruz şənliyi təşkil olunub.
Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.
"Novruz” şənliyinin əvvəlində bahar qızı, kosa və keçəl faytonla zurna nağaranın musiqi sədaları altında rayonun girəcəyindən şənliyin keçirildiyi Zaqatala qalasına doğru hərəkət ediblər.
Zaqatalalıların bu tarixi məkanında keçirilən el şənliyində bayram tonqalı qalanıb. Rəsm əsərləri, sənətkarlıq nümunələrinin sərgisi təşkil olunub və qədim adət-ənənələrimiz nümayiş etdirilib. At yarışları tədbirin rəngarəngliyini daha da artırıb. Bayram tədbirlərində incəsənət ustalarının, özfəaliyyət kollektivlərinin, xalq kəndirbazlarının və pəhləvanlarının çıxışları, eləcə də ayrı-ayrı kəndlərimizin milli adət-ənənələri, mətbəxtləri nümayiş olunub.
Tədbirdə çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə minilliklər boyu formalaşan adət-ənənələrimizi qoruyaraq milli varlığımıza bolluq və bərəkət rəmzi kimi daxil olan "Novruz” bayramının ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunduğunu xüsusi vurğulayıb. Novruz bayramının UNESCO-nun dünya xalqlarının mədəni irsi siyahısına daxil edilməsində isə Prezident İlham Əliyevin və birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın tarixi xidmətlərini qeyd edib.

"Azərbaycan”






Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video