19 Mart 2019 13:16
308
DÜNYA
A- A+

Ölmüş balinanın qarnından 40 kiloqram plastik tullantı tapılıb


Filippinin Davao şəhərində yerləşən "D’Bone Collector Museum” şəxsi muzeyinin əməkdaşları martın 16-da şəhərdən şərqə tərəf ölmüş balina tapıblar. AZƏRTAC bu barədə BBC telekanalının saytına istinadla xəbər verir.

Balinanın qarnında 16 ədəd düyü və 4 ədəd banan plantasiyaları üçün nəzərdə tutulan kisə, habelə böyük miqdarda plastik paket aşkarlanıb. Muzey tapılan əşyaların tam siyahısını daha sonra açıqlayacağını bildirib. "Mən bu miqdarda plastiki görəcəyimə hazır deyildim. Plastik o qədər çox idi ki, artıq kalsiləşmə başlamışdı”, - deyə muzeyin yaradıcısı Derrell Bletçli vurğulayıb.

Bəşəriyyət ildə 400 milyon ton plastik istehsal edir, bunun 20 faizindən çox olmayan hissəsi təkrar emala gedir. Plastikin əsas hissəsi digər tullantılarla birgə utilizasiya edilir. İldə təxminən 12 milyon tonadək plastik Dünya okeanının payına düşərək, buradakı canlılar üçün təhlükə yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video