19 Mart 2019 13:14
289
SİYASƏT
A- A+

Zakir Həsənov: Şəxsi heyət Vətən qarşısında vəzifə borcunu şərəflə və vicdanla yerinə yetirir


Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

AZƏRTAC Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, təbrik məktubunda Vətən uğrunda çətin, lakin şərəfli xidmətdə şəxsi heyətə uğurlar arzulayan nazir qeyd edib: "Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı ənənələrinin qorunub saxlanılması milli-mənəvi dəyərlərimizə hörmət və sevginin təzahürüdür. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi olaraq bu gün Novruz ümumxalq və dövlət bayramı səviyyəsində ölkəmizin hər bir bölgəsində böyük izdihamla, ruh yüksəkliyi ilə qeyd edilir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində müstəqil Azərbaycanda vətəndaş həmrəyliyi əldə olunub. Ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub, iqtisadiyyatımızın fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələrimiz daha da möhkəmlənib.

Ölkəmizin müdafiə qüdrətinin artırılması istiqamətində atılan uğurlu addımlar hərbi qulluqçularımızın qələbə əzmini daha da möhkəmləndirir. Gündən-günə güclənən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatlarındakı qələbələri sayəsində işğaldan azad olunmuş torpaqlarımızda və strateji əhəmiyyətli yüksəkliklərdə bu gün Azərbaycan bayrağı vüqarla dalğalanır. Bütün bunlar son illər Ordu quruculuğu istiqamətindəki islahatlar nəticəsində qazanılan nailiyyətlərin məntiqi nəticəsidir”.

Ötən il xalqımızın və ordumuzun şəxsi heyətinin iştirakı ilə keçirilən iki möhtəşəm hərbi paradın Azərbaycanın müdafiə qabiliyyətini bir daha təsdiqlədiyinin vurğulayan nazir qeyd edib: "İrimiqyaslı təlimlərdə peşəkarlığını, döyüş qabiliyyətini artıran şəxsi heyət Vətən qarşısında vəzifə borcunu şərəflə və vicdanla yerinə yetirməyə davam edir.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, yeni qələbələr əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Respublikamızın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsini ehtiramla yad edir, onlara Tanrıdan rəhmət diləyirəm. Eyni zamanda, şəhid ailələrini və torpaqlarımızın müdafiəsi uğrunda düşmənlə savaşda sağlamlığını itirən döyüşçülərimizi, hörmətli veteranlarımızı da bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha hər birinizi gözəl bahar bayramı münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video