18 Mart 2019 20:08
337
SİYASƏT
A- A+

Yavuz Səlim Kıran: Başda Dağlıq Qarabağ problemi olmaqla bütün məsələlərdə Azərbaycanın yanındayıq


1970-ci illərdən başlayaraq ASALA başda olmaqla erməni terror təşkilatları diplomatlarımızı və hərbçilərimizi qətlə yetirməyə başlayıblar. Türkiyə üçün canlarından keçən bütün qəhrəmanlarımızın xatirəsini həmişə olduğu kimi, Çanaqqala dəniz zəfərinin ildönümündə də məhəbbətlə anırıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Çanaqqala dəniz döyüşləri zəfərinin 104-cü ildönümü ilə bağlı deyib.

Nazir müavini bildirib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, biz sevincimizi də, kədərimizi bir yerdə bölüşməkdən qurur duyuruq. Çanaqqala döyüşlərində təkcə türkiyəlilər yox, eləcə də ayrı-ayrı şəhərlərdən, o cümlədən Bakıdan gələn qəhrəmanlar iştirak ediblər. Bu döyüş tarixi zəfər olaraq torpaqlarımıza göz dikənlərə qarşı bir dərs olub.

"Türkiyə başda Dağlıq Qarabağ problemi olmaqla bütün məsələlərdə Azərbaycana dəstək verməkdən heç zaman çəkinməyib. Bundan sonra da hər zaman Azərbaycanın yanında olacağıq. Çanaqqala zəfərinin qazanılmasında və şəhidlərimizin xatirəsinin yad edilməsində hər zaman bizimlə birlikdə olan azərbaycanlı qardaşlarımızı sevgi və hörmətlə salamlayırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video