18 Mart 2019 15:08
437
SİYASƏT
A- A+

Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb


Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı münasibətilə keçirilən şənliklərdə iştirak etmək üçün Rusiya Federasıyasının Dərbənd şəhər dairəsinin başçısı Hizri Abakarovun rəhbərliyi ilə Dərbənd və Maqas şəhərinin meri Beslan Tceçoyevin başçılığı ilə Maqas şəhərlərinin nümayəndə heyətləri Bakıya gəliblər. Səfərlərinin ilk günündə qonaqlar İçərişəhərdə olub, buradakı tarixi abidələr, Şirvanşahlar Saray Kompleksi və Qız qalası ilə tanış olub, Heydər Məscidini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, martın 18-də Bakı Şəhər İcra Hakimiyyətində icra hakimiyyətinin başçısı Eldar Əzizovla Rusiyanın Dərbənd və Maqas şəhərlərinin nümayəndə heyətlərinin görüşü keçirilib.

Görüşdə Eldar Əzizov Azərbaycan ilə Rusiya arasında çox qədim dostluq və qonşuluq münasibətlərinin olduğunu deyib. Bildirib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında dövlətlərimizin başçılarının rəsmi səfərləri və görüşləri böyük rol oynayır.

Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan Eldar Əzizov bildirib ki, bu əlaqələrin qurulmasında Şimalı Qafqaz respublikalarının xüsusi rolu var. Bu gün Azərbaycan ilə Dağıstan və İnquşetiya arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir.

Azərbaycan ilə Şimali Qafqaz xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqlarını söyləyən Dərbənd şəhər dairəsinin başçısı Hizri Abakarov Azərbaycan ilə münasibətlərə xüsusi önəm verdiklərini bildirib. Vurğulayıb ki, səfər zamanı onlar tarixi binaların bərpası sahəsində təcrübəni öyrənmək üçün Azərbaycan memarları ilə görüşmək niyyətindədirlər.

Maqas şəhərinin meri Beslan Tceçoyev Bakıda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirib. O, bu səfərin Bakı və Maqas şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayacağını qeyd edib.

Nümayəndə heyətlərinin rəhbərləri Bakı şəhərinin gözəlliyinə valeh olduqlarını, burada aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdiklərini bildiriblər.

Sonra Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb, xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, səfər çərçivəsində Dərbənd və Maqas şəhərlərinin nümayəndə heyətləri Bakıda təşkil edilən Novruz şənliklərində iştirak edəcək, həmçinin Heydər Əliyev Mərkəzi və Azərbaycan Xalça Muzeyi ilə tanış olacaq, Dənizkənarı Milli Parkı gəzəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video