17 Mart 2019 14:42
455
DÜNYA
A- A+

Baltikyanı ölkələrdə Aİ-nin Rusiyaya qarşı sanksiyalarına münasibət dəyişir


Latviya, Litva və Estoniyada əhali arasında keçirilən sorğu həmin ölkələrdə Avropa İttifaqı (Aİ) tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı fikirlərində dəyişikliyin baş verdiyini göstərir.

AZƏRTAC xəbər verir ki, "Baltikyanı ölkələrin əhalisi arasında qütbləşmə potensialı” adlı sorğunun nəticələri göstərir ki, bu ölkələrin əhalisi arasında Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların daha da sərtləşdirilməsinin tərəfdarları azalır. Məsələn, 2015-ci ildə Latviyada respondentlərin 30,7 faizi sanksiyaların daha sərtləşdirilməsini arzu edirdisə, budəfəki sorğuda bu rəqəm 14,7 faiz olub.

Estoniyada eyni göstərici 44,7 faizdən 24,3 faizə, Litvada isə 54,4 faizdən 24,4 faizə enib.

Nəticələri ümumiləşdirsək görərik ki, Baltikyanı ölkələrin əhalisi Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların hazırkı həddə qalmasının tərəfdarıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video