17 Mart 2019 00:23
621
Elm və texnika
A- A+

Bilirsinizmi...


* Virgina Volf kitablarının çoxunu ayaqüstə yazıb.

* Yeni Zenlandiya dünyadakı hər iqlimin yaşandığı tək ölkədir.

* Yalan danışanda insanın burnu isinir və buna "Pinokyo” effekti deyirlər.

* Göyərçinlər insan simasını xatırlaya bilən yeganə quş növüdür. Sizi yenidən gördükdə yadına düşə bilərsiniz.

* Yerfıstığı dinamit yaradılmasında istifadə edilən vəsaitlərdən biridir.

* Araşdırmalar göstərir ki, xoşbəxt insanlar soyuqdəymə halı ilə az qarşılaşır.

* Bir musiqi aləti ifa etmək İQ səviyyənizi ən az 5 bal artırır.

* Fransızlar Kirazquşu adlı balaca və gözəl səsli bir quşdan hazırlanmış yeməyi yeyərkən başlarına dəsmal atırlar. Bəziləri bunu yeməyin qoxusu, bəziləri isə "belə bir gözəl canlını yeyərkən Allahdan gizlənmək lazımdır” kimi deyimlə əlaqələndirirlər.

* Yalnız dovşan və tutuquşular başlarını çevirmədən arxalarını görürlər.

* Zürafələr təxminən 53 sm-lik dilləri ilə öz qulaqlarını təmizləyə bilirlər.

* Dəvəquşularının gözləri beyinlərindən böyükdür.

* İnsanlar 300 sümüklə doğulsa da, yetkinlik yaşına çatanda bunların sayı 206-a düşür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video