16 Mart 2019 22:00
493
SİYASƏT
A- A+

Forum çərçivəsində növbəti panel iclas “İnformasiya dolğunluğu və dezinformasiya riski” mövzusuna həsr olunub


Martın 16-da VII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclaslardan biri də "İnformasiya dolğunluğu və dezinformasiya riski” mövzusuna həsr edilib.

AZƏRTAC xəbər verir ki, panelə moderatorluq edən Belçikanın sabiq Baş naziri Yves Leterme hazırda dünyada dörd milyard insanın internetdən istifadə etdiyini deyib. O bildirib ki, internetin təsir gücü olduqca genişdir. Hökumətlər internetin mənfi təsirlərini azaltmaq üçün müəyyən təşəbbüslər göstərirlər. Bu paneldə internetin istifadəsinin müsbət və mənfi tərəfləri barədə danışılacaq.

Federal Əlaqələr Komissiyasının keçmiş komissarı Susan Ness vurğulayıb ki, sosial şəbəkələrdə məlumatların cavabdehliyinin olmaması saxta xəbərlərin yayılmasına şərait yaradır. Bəzi hallarda isə həqiqəti gizlətmək üçün dezinformasiyalar yayılır. İnsanları cəlb etmək üçün xüsusi başlıqlar seçilir. O, bu cür problemlərin qarşısının alınması üçün rəqəmsal savadlılığın artırılmasının əhəmiyyətini qeyd edib.

İnterneti nüvə partlayışına bənzədən Moldovanın sabiq Prezidenti Petru Luçinski hazırda doğru məlumatların seçilməsinin çox çətin olduğunu deyib. Diqqətə çatdırıb ki, dezinformasiya kimi problemlərə mütəmadi olaraq rast gəlinir. Dünya o qədər dəyişib ki, indiki dövrdə media obyektiv olmalı, həqiqəti yaymalıdır.

Pakistanın keçmiş Baş naziri Şaukat Aziz deyib ki, hazırda rəqəmsal dövrdə yaşayırıq. Qəzetlər artıq öz əhəmiyyətini itirir. İyirmi-iyirmi beş il əvvəlki dövrlə müqayisədə xəbərin konsepsiyası da dəyişib və biz buna uyğunlaşmalıyıq. Dərk etməliyik ki, rəqəmsal dünyada biz özümüz də xəbərləri seçə bilərik. Doğru xəbəri seçmək üçün bəzi vasitələrdən istifadə etməliyik, ən əsası isə həqiqəti yalandan ayırmalıyıq. Çünki hazırda media açıq boru kimidir.

İsrailin keçmiş Prezidenti xanım Dalia İtzik sosial medianın minlərlə insanı özündə birləşdirdiyini söyləyib. Qeyd edib ki, sosial media insanların öz evində həm redaktor, həm də jurnalist kimi fəaliyyətinə şərait yaradır. Bu da yanlış informasiyanın yayılmasına gətirib çıxarır. Feyk xəbərlərin qarşısının alınması üçün hətta məktəblərdə şagirdlərə doğru informasiyanı yanlışdan ayırmağı öyrətməliyik.

Forumda iştirakından məmnun olduğunu deyən Çex Respublikasının keçmiş Baş naziri Jan Fişer burada çox vacib məsələlər ətrafında müzakirələr aparıldığını söyləyib. O bildirib ki, informasiya cəmiyyətində hər kəs öz istəyinə uyğun məlumat əldə edə bilər. Hansısa bir cəmiyyətdə demokratiyanın səviyyəsi ölçülərkən, ilk növbədə, buradakı mediaya müraciət etmək lazımdır.

Avstriyanın sabiq Kansleri Alfred Güsenbauer feyk xəbərlərin insanların həyatına təsirindən danışıb. Qeyd edib ki, medianın tənzimlənməsi demokratik şəraitdə həyata keçirilməlidir. Bunun üçün elə bir cəmiyyət lazımdır ki, orada açıq fikir mübadiləsi aparıla bilsin.

İclasda müzakirələr zamanı bildirilib ki, dezinformasiya müasir dünyanı narahat edən vacib məsələlərdəndir. Onun qarşısının alınması üçün həll yolları axtarılır. Bunun daha səmərəli olması üçün hökumət və qeyri-hökumət təşkilatları birlikdə işləməli, bir-birinin təcrübəsindən bəhrələnməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video