Alternative content

05:41 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moskvada MDB İqtisadi Şurasının 81-ci iclası keçirilib
Moskvada MDB İqtisadi Şurasının 81-ci iclası keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
01:06 16.03.2019


Martın 15-də Moskvada MDB İqtisadi Şurasının 81-ci iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak ediblər.

Türkmənistanın sədrliyi ilə keçən iclasda MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi strategiyasının layihəsi təsdiq olunub. İnformasiya cəmiyyətində hüquq pozuntuları ilə mübarizəyə, MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsinə yönələn sənəd MDB Xarici İşlər Nazirləri Şurası və MDB Hökumət Başçıları Şurasına təqdim olunacaq.

İclasda elektron ticarətlər sahəsində istehlakçıların hüquqlarının müdafiəsi, MDB ölkələri gömrük orqanlarının intellektual mülkiyyət obyektlərinin hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı fəaliyyəti, azad ticarət zonasının yaradılması haqqında malların gömrük rəsmiləşdirilməsi və onlara gömrük nəzarəti qaydası haqqında Sazişə dəyişikliklər edilməsi kimi məsələlər müzakirə olunub.

Bundan əlavə, tədbirdə bir sıra maliyyə və təşkilati məsələlər nəzərdən keçirilib.

MDB İqtisadi Şurasının növbəti iclası bu il iyunun 21-də keçiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM