Alternative content

05:37 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda baş-beyin damarlarının anevrizminin müalicəsinin müasir metodlarına dair treninq keçirilib
Bakıda baş-beyin damarlarının anevrizminin müalicəsinin müasir metodlarına dair treninq keçirilib
ANA SƏHİFƏ / Səhiyyə
01:03 16.03.2019


Martın 15-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin dəstəyi ilə Bakıda III Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu başlanıb.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək simpoziumun həmsədrləri Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev və Almaniyanın Aaxen Universitet klinikasının eksperimental invaziv neyroradiologiya bölməsinin rəhbəri, tibb elmləri doktoru, professor Anastasios Mpotsarisdir.

Bu simpoziumun əlamətdar cəhəti ondan ibarətdir ki, AFR-də təsis edilmiş Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin üzvlərinin və təsisçilərinin ilk yığıncağı Bakıda keçirilir. Cəmiyyətin prezidenti həmvətənimiz, Köln Universitetinin həkim-radioloqu, tibb elmləri doktoru Nuran Abdullayevdir.

Martın 15-də beynəlxalq simpozium çərçivəsində "Zəfəran hospital” klinikasında baş-beyin damarlarının anevrizminin müalicəsinin Azərbaycanda indiyə qədər tətbiq edilməmiş metodlarının praktikada istifadə olunmasına dair workshop-təlim təqdim edilib.

"Zəfəran hospital” klinikasının baş həkimi Firdovsi Məmmədov tədbirdə çıxış edib. Azərbaycanda səhiyyə sahəsinin ilbəil dinamik inkişaf etməsini vurğulayan baş həkim əmin olduğunu bildirib ki, bu seminar ölkəmizdə radiologiya və neyroradiologiyanın inkişafına töhfə verəcək.

Tədbirdə professor Anastasios Mpotsaris, Gettingen Universitet Klinikasının neyroradiologiya şöbəsinin müdiri Folker Maus, Köln Universitetinin həkim-radioloqu, tibb elmləri doktoru Nuran Abdullayev, Heydelberq Universitetinin professoru Kristof M.Zommer, "Zəfəran hospital” klinikasının invaziv radioloqu Ruslan Əliyev, Respublika Müalicə-Diaqnostika Mərkəzinin radioloqu Ağakişi Yəhyayev məruzələrlə çıxış ediblər.

Natiqlər qeyd ediblər ki, baş-beyin damarlarının anevrizmi diaqnozu qoyularkən xəstə müayinə olunur, ona müvafiq suallar verilir, xəstəliyin anamnezi təhlil edilir, nevroloji müayinə aparılır. Diaqnostikanın instrumental prosedurları: baş-beynin kompüter və maqnit-rezonans tomoqrafiyası, serebral və maqnit-rezonans angioqrafiyası yerinə yetirilir. Qeyd edilib ki, müalicə yalnız cərrahi üsulla aparılır, həkim müalicə taktikasını xəstənin vəziyyətindən və xəstəliyin gedişindən asılı olaraq təyin edir. Bundan əlavə, arterial təzyiq göstəricilərinə nəzarət təmin edilməli, zəruri hallarda pasiyent təzyiqin aşağı salınması üçün preparatlar qəbul etməli, siqaret çəkməkdən imtina etməli, düzgün qidalanmalı, qanda xolesterinin səviyyəsinə nəzarət olunmalıdır.

Tədbirdə Anastasios Mpotsaris, Folker Maus və Nuran Abdullayev baş-beyin damarlarının anevrizminin müalicəsinin Azərbaycanda indiyə qədər tətbiq edilməmiş metodlarının praktikada istifadə olunmasına dair workshop-təlim təqdim ediblər.

Məlumat üçün bildirək ki, çoxprofilli "Zəfəran hospital” klinikası 2016-cı ildən fəaliyyət göstərir. Klinikada tibbi yardımın səmərəli təşkili, tibbi texnologiya proseslərinin düzgün yerinə yetirilməsi, səhiyyə resurslarından optimal istifadə edilməsi sayəsində tibbi xidmətlərin yüksək keyfiyyəti təmin olunur. Klinikanın 20 bölməsində (ürək-damar cərrahiyyəsi, kardiologiya, ümumi cərrahiyyə, travmatologiya və ortopediya, nevrologiya, urologiya, bariatrik cərrahiyyə) Avstriya, Türkiyə, Rusiya və ABŞ-ın məşhur tibb universitetlərində təhsil almış mütəxəssislər çalışır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM