Alternative content

05:37 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
ANA SƏHİFƏ / SİYASƏT
22:56 15.03.2019

"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində martın 15-də Naxçıvan Muxtar Respublikasından yola salınan şagirdlər Bakıya gəliblər.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda tur-aksiya iştirakçılarını folklor və rəqqaslar qrupu, Novruzun rəmzləri sayılan Kosa, Keçəl, əllərində səməni və bayram xonçaları olan milli geyimli qızlar qarşılayıblar.

Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Cəlilova Nərmin "Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməkdən çox məmnun olduğunu söyləyib. Bu layihə çərçivəsində paytaxtımızın tarixi abidələri ilə yaxından tanış olmaq imkanı qazandığını deyən məktəbli səfərdən zəngin təəssüratlarla qayıdacağını və burada gördükləri barədə məktəbli dostlarına da geniş məlumat verəcəyini söyləyib.

Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Fərəcova Zərifə təəssüratlarını bölüşərək bildirib ki, tur-aksiya çərçivəsində ekskursiya ərzində ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı zəngin məlumatlar əldə edəcəklər. Eyni zamanda, o və yoldaşları Bakıda yeni dostlar qazanacaqlar. Bu cür layihə üçün ölkə Prezidentinə təşəkkürünü bildirən şagird hər şeyin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Naxçıvanlı şagirdlər üç gün ərzində Bakıda Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi, Qız qalası, Şirvanşahlar sarayı, Milli Azərbaycan Tarixi Muzeyi, İncəsənət və Xalça muzeyləri, "Atəşgah” məbədi və digər mədəni-tarixi yerlərlə tanış olacaqlar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM