15 Mart 2019 22:53
406
SİYASƏT
A- A+

RF XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin formatı tərəflərin razılığı əsasında dəyişdirilə bilər


Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin formatı tərəflərin razılığı əsasında dəyişdirilə bilər.

AZƏRTAC xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri Moskvada keçirilən brifinqdə söyləyib.

O qeyd edib ki, Rusiya, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi danışıqların formatı barədə öz fikrini dəfələrlə söyləyib: bu format tərəflərin razılığı əsasında dəyişdirilə bilər.

M.Zaxarova deyib: "Əgər tərəflər müəyyən mərhələdə Dağlıq Qarabağın danışıqlarda təmsil olunması barədə razılığa gəlsələr, bu məhz tərəflərin qərarı olacaq və biz həmin qərara hörmət edəcəyik. Bu, təkcə bizim mövqeyimiz deyil. "Üçlüyün” digər üzvlərinin mövqeyi də belədir və mən də tövsiyə etmək istərdim ki, həmsədrlərin 9 mart tarixli sonuncu bəyanatına diqqət yetirilsin, həmin bəyanatda Rusiya, ABŞ və Fransanın bu məsələyə yanaşmaları yetərincə dəqiq əks etdirilib”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video