Alternative content

07:29 20 May 2019
ONLINE XƏBƏR LENTİ
01:30 19.05.2019 Əl işdən soyumur
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı rayonlarının məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Naxçıvana yola düşüblər
Bakı rayonlarının məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Naxçıvana yola düşüblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:51 15.03.2019

"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində martın 15-də Bakının Binəqədi, Səbail, Xətai, Qaradağ, Yasamal və Nəsimi rayonlarının məktəblərindən olan 180 şagird Naxçıvan Muxtar Respublikasına yola salınıb.

AZƏRTAC xəbər verir ki, şagirdlər Naxçıvanın tarixi və mədəniyyət abidələri, adət-ənənələri, həmçinin müasir siması ilə tanış olacaqlar.

İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 9-cu sinif şagirdi Məmmədov Cəfər ulu öndər Heydər Əliyevin doğulub boya-başa çatdığı torpağı görəcəyi üçün çox sevincli olduğunu bildirərək deyib: "Naxçıvana səfər etmək imkanı əldə etdiyim üçün çox sevinirəm. Muxtar Respublikanın qədim tarixi və abidələri haqqında kitablarda oxumuşam. Tur-aksiya çərçivəsində isə bu qədim diyarı öz gözlərimlə görə biləcəyəm. Naxçıvana getmək mənim arzum idi. Biz şagirdlər üçün belə imkan yaratdığı üçün ölkəmizin başçısına təşəkkür edirəm”.

Qaradağ rayonu 139 nömrəli məktəbin şagirdi Arzu Əliyeva da bu layihədə iştirakından sevinclə danışıb: "İnanıram ki bu səfər zamanı yeni dostlar qazanacağam. Naxçıvan haqqında biliklərimi daha da artıracağam. Naxçıvan Azərbaycanın qədim diyarıdır, böyük tarixə malikdir. Bu tarixi diyarda olmaq imkanı qazandığım üçün çox xoşbəxtəm. Biz bu səfər vasitəsilə biliklərimizi daha da artırmaq şansı qazanmışıq”.

Daha sonra mərasim bədii hissə ilə davam edib. Heydər Əliyev Beynəlxalq Aeroportunda şagirdləri yola salan Bahar qızı, Kosa, Keçəl və rəqqas qrupları onlarda xoş əhval-ruhiyyə yaradıblar.

Sonra iştirakçılar Naxçıvana yola düşüblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM