Alternative content

05:56 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aİ Türkiyədəki suriyalılara 1,5 milyard avro ayıracaq
Aİ Türkiyədəki suriyalılara 1,5 milyard avro ayıracaq
ANA SƏHİFƏ / DÜNYA
17:08 15.03.2019


Avropa İttifaqı (Aİ) Türkiyədə suriyalı qaçqınların dəstəklənməsi proqramının ikinci mərhələsi çərçivəsində nəzərdə tutulmuş 3 milyard avrodan 1,5 milyardını ayıracaq. Bu barədə Brüsseldə keçirilmiş Suriya ilə bağlı donor konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini məlumat vermişdir. O, Türkiyədə qaçqınların dəstəklənməsi proqramının reallaşdırmasına Brüsselin sadiqliyini təsdiqləmişdir. Onun dediyinə görə, Suriyada uzun illərdir davam edən münaqişənin yeganə tənzimləmə yolu danışıqlardır. "Hərbi güc münaqişəni həll etməyəcək. Dialoq vacibdir”, – deyə Avropa diplomatiyasının başçısı vurğulamışdır.

Mogerini qeyd etmişdir ki, Aİ bu il suriyalılar üçün 560 milyon avro ayırmışdır. Həmin məbləğdə vəsaiti 2020-ci və 2021-ci illərdə də ayırmaq planlaşdırılmışdır.

Proqramın birinci mərhələsi çərçivəsində Brüssel Türkiyədəki qaçqınların ehtiyacları üçün 3 milyard avro ayırmışdır. Bundan sonra proqramın davam etdirilməsi barədə qərar qəbul olunmuşdur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM