15 Mart 2019 16:40
365
SİYASƏT
A- A+

Cəmil Çiçək: Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər dünya ictimaiyyəti üçün çox faydalıdır


Yeddinci Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinin rəhbərliyinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə və azərbaycanlı qardaşlarımıza dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bu Forumda müzakirə olunan məsələlər dünya ictimaiyyəti üçün çox faydalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri VII Qlobal Bakı Forumunda iştirak edən Türkiyə parlamentinin sabiq sədri Cəmil Çiçək jurnalistlərə müsahibəsində deyib.

Cəmil Çiçək bildirib ki, Azərbaycanın beynəlxalq siyasi arenadakı mövqeyini göstərən bu Forum müzakirə olunan məsələlərin əhəmiyyəti baxımından Türkiyə ictimaiyyəti üçün də böyük maraq doğurur. Azərbaycan əvvəlki illərdə də çox mötəbər tədbirlərə ev sahibliyi edib. Bu Forum onlardan biridir və çox uğurla həyata keçirilir.

Azərbaycan və Türkiyənin qardaş dövlətlər olduğunu vurğulayan, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamını xatırladan C.Çiçək deyib: "Türkiyə hər zaman Azərbaycanın qazandığı nailiyyətlərə sevinir. Mən müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycanda dəfələrə səfərdə olmuşam. Azərbaycan sürətlə inkişaf edir. Xaricdən gələn qonaqlar bu inkişafı əvvəlki səfərləri ilə müqayisə edərək daha tez görürlər. Mən də Azərbaycanın getdikcə daha da inkişaf etdiyini, gücləndiyini, beynəlxalq müstəvidə nüfuz sahibi olan ölkəyə çevrildiyini görürəm”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video