15 Mart 2019 14:45
388
CƏMİYYƏT
A- A+

“Ölkəmizi tanıyaq”: gədəbəyli şagirdlər Qəbələ şəhərinə yola düşüblər


"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gədəbəy rayonundan 40 nəfər IX-XI sinif şagirdi 5 bələdçi-müəllimin müşayiəti ilə martın 15-də Qəbələ şəhərinə yola salınıb.

AZƏRTAC xəbər verir ki, yolasalma mərasimindən əvvəl Heydər Əliyev Mərkəzində tur-aksiya iştirakçıları ilə görüş keçirilib.

Rayon rəhbərliyinin, valideyn, müəllim və tur-aksiyaya qoşulan məktəblilərin iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edərək, şagirdlərə tur-aksiyanın məqsədi barədə məlumat verib, onlara səfərlərinin xoş və mənalı keçməsini arzulayıb. Bildirilib ki, respublikamızda gənclərin hərtərəfli inkişafı üçün gözəl şərait yaradılıb. "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası da gənclərə dövlət qayğısının təzahürüdür. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.

Məlumat verilib ki, gədəbəyli gənclər dörd gün ərzində Qəbələ, Şəki və Zaqatala rayonlarda tarixi abidələrlə, digər görməli yerlərlə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin səfər etdikləri bölgələrin müasir inkişaf səviyyəsi ilə də tanış olmasına şərait yaradacaq. Aksiya çərçivəsində məktəblilər Qəbələ rayonunda Heydər Əliyev adına Konqres mərkəzi, "Qəbələnd” istirahət mərkəzi, "Beltmann” pianino zavodu, "Tufandağ” Xizəkçilik Kompleksi və Qəbələ Konserv zavodu ilə tanış olacaq, Çuxur Qəbələ Tarix-Mədəniyyət Qoruğuna, Nohur gölünə, Vəndam şəlaləsinə, udilərin yaşadığı Nic kəndinə ekskursiya edəcəklər. Şəkidə Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndində yerləşən qədim Alban məbədi, Zaqatala rayonunda isə Zaqatala Tarix-Mədəniyyət Qoruğu, Dədə Qorqud Meydanı ilə tanışlıq məktəblilərdə zəngin təəssürat doğuracaq.

Tur-aksiya iştirakçıları Ümummilli Liderin Mərkəzin önündəki abidəsi önünə gül-çiçək dəstələri düzdükdən sonra Qəbələ şəhərinə yola düşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video