15 Mart 2019 13:33
391
CƏMİYYƏT
A- A+

Binəqədi məktəbliləri Naxçıvanın tarixi məkanları ilə tanış olacaqlar


"Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Aparatın şöbə müdirləri, məktəb direktorları, valideynlər, ASAN Könüllüləri, "Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak ediblər.

Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.

Çıxış edən 283 nömrəli məktəbin direktoru Tünzalə Zeynalova layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verdiyini bildirib.

"Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçısının valideyni Gülabətin Əhmədova bu layihənin məktəblilərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu deyib.

Sonra çıxış edən 314 nömrəli tam orta məktəbin şagirdi Rüstəm Mirzəzadə, 297 nömrəli tam orta məktəbin şagirdi Gülsüm Baxışova, 3 nömrəli məktəbin şagirdi Gülər Quluzadə "Ölkəmizi tanıyaq” tur-aksiyasının onların həyatında çox böyük və yaddaqalan olacağını vurğulayıblar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov qeyd edib ki, sadə insanların, ziyalıların, müəllimlərin, valideynlərin yekdil rəyinə görə, bu layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verir.

Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə ənənəvi olaraq keçirilən bu maarifləndirici layihənin əsas məqsədi ölkə məktəblilərinin respublikamızın ərazisini yaxşı tanımaları, tarixi yerlərlə yaxından tanış olmaları, tətil günlərini səmərəli keçirmələridir. E.Allahverdiyev "Ölkəmizi tanıyaq” layihəsinin gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını qeyd edib. O, bu aksiyanın gənclərimizə ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini öyrətməklə yanaşı, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacağından bəhs edib.

Sonda iştirakçılar səfərin proqramı ilə tanış olublar. Tədbir bədii hissə ilə davam edib.

Novruz bayramının əsas simaları olan Kosa, keçəl və Bahar qızı tur-aksiya iştirakçılarını salamladı, daha sonra məktəblilər Binəqədi rayonu gənclərinin ifasında bayram musiqilərini dinləyiblər, qonaqlar aksiya iştirakçılarının ifasında "Şərur yallısı”nı izləyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video