15 Mart 2019 13:23
707
Elm və texnika
A- A+

Akademik Yaqub Mahmudov Azərbaycan Universitetinin tələbələrinə ustad dərsi keçib


AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov Azərbaycan Universitetinin tələbələrinə "Müasir dövrdə Azərbaycan tarixinin aktual problemləri” mövzusunda ustad dərsi keçib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, akademik tələbələrə Azərbaycan tarix elmindəki mövcud vəziyyət və Tarix İnstitutunda görülən işlərdən danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan tarixinin öyrənilməsinə göstərdiyi xüsusi diqqət və qayğı Tarix İnstitutu təfəfindən yeni fundamental tədqiqatların aparılmasına və layihələrin həyata keçirilməsinə səbəb olub. Azərbaycan tarixinin qəsdən saxtalaşdırılmış bir çox problem və səhifələri əsas tədqiqat obyektinə çevrilib, bu istiqamətdə ciddi çalışmalar aparılıb. Ölkə rəhbərinin çağırış, tövsiyə və tapşırıqları ilə institut tərəfindən son illərdə Azərbaycan tarixinə dair 300-dən çox əsər və sənədlər toplusu nəşr olunub. Qarabağ, Naxçıvan və İrəvan xanlığının tarixinə dair silsilə əsərlər hazırlanıb və müxtəlif xarici dillərə tərcümə edilərək dünyada yayılıb.

Tələbələri təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştiraka səsləyən akademik deyib: "Regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur. Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Azərbaycan xalqı imperiyalar yaradan, qonşu xalqları idarə edən xalq olub”.

Yaqub Mahmudov qeyd edib ki, tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur, başqa xalqlara yem olacaq və tarix səhnəsindən silinəcək. Tarixinə sahib çıxan xalq isə yenilməzdir. Gənclər dövlətçilik tariximizi öyrənməli, tarixi şəxsiyyətlərimizi, milli-mənəvi irsimizi qorumalı və ona sahib çıxmalıdır.

Akademik tələbələrin suallarını da cavablandırıb.

Rektor Səadət Əliyeva, ictimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev tələbələrə verdiyi dəyərli məlumatlar üçün akademikə təşəkkür ediblər.

Sonda Azərbaycan Universitetinin "Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistratura pilləsində, tərcümə, filologiya və tarix ixtisasları üzrə bakalavriat pilləsində təhsil alan və yüksək göstəricilərlə oxuyan tələbələrə Tarix İnstitutunun nəşrləri hədiyyə edilib.

Tədbir çərçivəsində akademik Yaqub Mahmudovun və Tarix İnstitutu tərəfindən çap olunan əsərlərin sərgisi təşkil olunub. Həmçinin 300 adda 2 min kitab Azərbaycan Universitetinin kitabxanasına hədiyyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video