14 Mart 2019 16:26
711
Elm və texnika
A- A+

ADA Universitetində seminar: “Fotosintez prosesinə əsaslanan alternativ enerji”


ADA Universitetində Rusiya Elmlər Akademiyasının (REA) Bitki Fiziologiyası İnstitutunun idarə olunan fotobiosintez laboratoriyasının müdiri, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri Süleyman Allahverdiyev "Fotosintez prosesinə əsaslanan alternativ enerji” mövzusunda elmi seminar keçib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri akademik Roald Saqdeyev açaraq seminarın mövzusunun müasir dövrdə aktual olduğunu söyləyib.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxış edərək ölkəmizdə elmin inkişafı istiqamətində bu cür seminarların keçirilməsinin vacibliyini və məruzənin əhəmiyyətini vurğulayıb.

S.Allahverdiyev alternativ enerji mənbələri, təbii fotosintez prosesinə əsaslanan fotosintezin biomimetik modellərinin yaradılması istiqamətində aparılan tədqiqatlar və onların gələcək perspektivləri barədə məlumat verib. O, Azərbaycanda bu istiqamətdə görülən işlərdən və kadr hazırlığından danışıb.

Sonra mövzu ətrafında müzakirə aparılıb.

Qeyd edək ki, Süleyman Allahverdiyev REA-nın Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və Moskva Fiziki-Texniki İnstitutunun professorudur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video